Gönderi

İstənilən kəs həyatın qəddar ekzistensial tərəfi ilə bacarıqla üzləşməyi necə bacarır? İnanıram ki, İren ürəyimin dərinliyində eyni dərəcədə xoşa gəlməyən iki yolun olduğunu bilirdi: inkarnın hər hansı formasını qəbul etmək, ya da dözülməz dərəcədə iztirablı dərklə yaşamaq. Magar Servantes ölməz Don Kixotun "Hansını istərdin: müdrik dəliliyi, yoxsa axmaq ağıllılığı?" sualı vasitəsilə bu dilem manı dilə gətirmirdi? Terapevtik yanaşmama güclü təsir göstərən bir meyil var: mən dərkin dəliliyə, ya da inkarın şüurluluğa apardığına heç vaxt inanmamışam. İnkarı uzun müddətdir ki, düşmən kimi görürəm və apardığım terapiyada, ya da şəxsi həyatımda ona mümkün olduqca meydan oxuyuram. Nəinki öz dünyaya baxışımı daraldan, xırdaçıllığı və asılılığı artıran bütün şəxsi illüziyalarımdan qurtulmağa cəhd göstərmişəm, həmçinin pasiyentlərimi də eyni şeyi etməyə cürətləndirmişəm. Kiminsə ekzistensiya vəziyyəti ilə səmimi şəkildə qarşı-qarşıya gəlməsinin qorxu və əsməcənin oyada biləcəyinə baxmayaraq, bunun, nəticədə, şəfalı və dolğunlaşdırıcı olduğuna inanıram. Beləcə, psixoterapevtik yanaşmamı Tomas Hardinin' bu cümləsi ilə qısaca ifadə etmək olar: "Nisbətən Yaxşıya aparan yol varsa, o, Ən Pisə hərtərəfli nəzər yetirmək imkanını tələb edir".
Sayfa 194
·
30 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.