Doğan CüceloğluEvlenmeden Önce kitabının təhlili
Mövzusu: Kitabda evlənməzdən əvvəl nələrə diqqət etməliyik,hansı dəyərlər üzərində bu münasibət qurulmalıdır,bütün evliliklər bir birinə bənzəyər mi,evliliyin gedişatı bizdən yoxsa şəraitdən asılı mı olaraq dəyişir kimi suallara cavab tapırıq.
Yazıçının qələmi ilə ilk dəfədir tanış oldum.Sadə və axıcı,özünəxas bir üslubu var.Qeyd edim ki,kitabda müxtəlif həyat hekayələrinə yer verilməsi çox xoş idi.Çünki cümlələrin təsdiqini və ya inkarını həmin hekayələr üzərində müəyyənləşdirmək daha asan idi.Həmçinin kitabın sonunda əməyi olan hər kəsin adının qeyd edilməsi,xüsusi olaraq təşəkkür etməsi də bəyəndiyim detaylardan idi.Bundan əlavə Doğan Cüceloğlu'nun dünyagörüşünün də kifayət qədər yaxşı olduğunu anladım.İstifadə etdiyi alıntılar,şeirlər,özünün qeyd etdiyi cümlələr əla idi.
Əminəm ki,bu kitabı oxuduqdan sonra hər kəsin evlilik haqqındakı düşüncələrində cuzi belə olsa dəyişiklik olacaq.Düzü evlilik ərəfəsində oxunda daha effektiv olacağını düşünürəm.Lakin bu o demək deyil ki,evləndikdən sonra oxunmamalıdır.Kitab elə bir zəmində hazırlanıb ki,evlənməzdən əvvəl oxudunduqda gələcək problemləri daha asan şəkildə həll etmək olacaq.Bir növ gələcək münasibət üçün təməl daha sağlam atılmış olacaq.Evləndikdən sonra oxunduqda isə sarsılmış təməli yenidən möhkəmləndirmək olacaq.Yəni hər iki halda da münasibət üçün faydalı olacağını düşünürəm.
Şəxsən mən evlilik üzərinə düşünmüş biriyəm.Ümumiyyətlə həmişə evlilik mövzuları mənə həddindən artıq məsuliyyətli bir işi öz üzərimə götürmək kimi hiss etdirirdi.Ancaq bu kitabdan sonra düşüncələrimdə həqiqətən bəzi dəyişikliklər olduğunun fərqindəyəm.Bunları alıntılar əsasında sizinlə paylaşacam :)
NƏTİCƏLƏR
1.Evlilik mənəviyyatı zənginləşdirməlidir.Evlilik zamanı hər iki tərəf "özünü" qorumağı bacarmalıdır.
2.Evlilikdə mən,sən deyə bir şey yoxdur.Əsas məsələ "biz" olmağı bacarmaqdır.
3.Evlilik hörmət,sevgi,güvən üzərinə qurulmalı olan bir münasibətdir.
4.Evlilikdə bir ruh digərini tamamlamalıdır.Şərt deyil ki,oxşar zövqə sahib olasınız.Əsas məsələ zövqlər müxtəlif olsa belə hər iki tərəf üçün əyləncəli və dolu dolu vaxt keçirəcək məşğuliyyətlər yarada bilməkdir.
5.Evlilik ömür boyu bir birini kəşf etməkdir.Yeni həyəcanlar yaratmaq,yeni xəyallar qurmaq,yeni duyğular hiss edə bilməkdir.
6.Evlilikdə cinsəllik olmalıdır.Lakin əsas planda deyil.
7.Evlilik münasibətində dəyərlər nəzərə alınmalıdır.Fərqli mühitlərdə böyümüş şəxslərin həyata baxış tərzi müxtəlif olacaqdır.
8.Evlilikdə sadəcə kişi və qadın evlənmir.Bu sosial münasibət hər iki tərəfin ailələrini də "evləndirmiş" olur.
9.Evlənməzdən əvvəl evlilik düşündüyünüz şəxslə birgə onun ailəsini,mədəniyyətini,həyata baxış tərzini,mühitinə münasibətini araşdırın.
10.Evlənəcəyiniz şəxs sadəcə bir fərd deyil şəxsiyyət olmağı da bacarmalıdır.
11.Evlilik zamanı insan əvvəlcə özünü tanımalı daha sonra qarşısındakını tanımağa çalışmalıdır.
12.İçinizdəki uşaqlar yaşınız neçə olursa olsun əl ələ tutaraq oynamağı bacarmalıdır.
13.Problemi anında həll etməli,ertəsi günə birlikdə girilməlidir.Əks təqdirdə qəlbin incikliyi ruha ötürüləcəkdir.
14.Yaranmış situasiyadan asılı olaraq tərəflərdən biri ilk addımı atmağı bacarmalıdır.Empatiya qurmağı bilməli,özünü onun yerində təsəvvür etməyə çalışmalıdır.
15.Qısqanclıq sevginin dadı duzu falan deyil.Əksinə o yeməyi yeyilməyəcək bir vəziyyətə salan bir ədviyyatdır.
16.Sevən şəxs sevdiyi üçün ən yaxşısı etməyə çalışandır.Ona qadağalar qoyan,dəyişdirməyə çalışıb yeni bir şəxs yaratmağa çalışan deyil.
17.Evlilik bir birini olduğu kimi qəbul etməyi bacarmaqdır.
18.Evlilik yoxluqda belə var olmağı bacarmaq,hər anında dəyər vermək və yanında olmaqdır.
19.Evlilik bir az da zamanın dəyərini bilməkdir.
20.Xoşbəxtlik üçün hamının standartlarına uyğun olmağa məcbur deyilsən.Bahalı cehiz alıb,milyonlar xərcləyib toy etməyə,daha sonra da ömrünün yarısını girdiyin borcları ödəmək üçün çalışmağa məcbur deyilsən.Hamının bəyənəcəyi gəlinlik geyinib,"mentalitet" var deyə öz toyunda nələrdənsə imtina etməli deyilsən.Bu həyat sənindi və öz dəyərlərinə uyğun olaraq yaşamağa layiqsən.