Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

277 syf.
10/10 puan verdi
·
Beğendi
Seninle Başlamadı
Həyatımızın hər hansı anında valideynlərimizlə münasibətlərimizdə qarışıqlıq yaranır. Bəzən onları günahlandırır, doğru qəbul etmir və hətta mühakimə edib uzaqlaşırıq. “Seninle başlamadı” kitabından çıxartdığım əsas dərslər Ailəmizi (ana, ata, nənə, baba, əmi, xala, nənə və babanın ailəsi və s.) yaxşı tanımaq və onlara aid yaşanmış hekayələri bilməliyik; Hər nə qədər uzaqlaşsaq da, valideynlərimizlə həll etmədiyimiz düşüncələr yolumuzda düyünlər və hətta sağlamlıqda problemlər yaradacaq; Yaşadığımız bəzi hiss, qorxu, istək, hərəkət və s. bizə aid olmaya bilir. Ailəmizdə bunları daha öncə yaşamış biri ola bilər və travmalar növbəti nəsillərdə üzə çıxa bilir; Kitabın hər bölməsində xüsusi vurğulandığı kimi bir şəxsin formalaşmasında ən böyük rol anaya məxsusdur. Buna görə də ana olmaq da planlı olmalıdır; Valideynlərimizi təsvir edərkən özümüzü əslində təsvir edirik və ən böyük qorxularımız genetik travmalardan qaynaqlanır. 2024-də oxuyacağınız kitablara mütləq əlavə etməyinizi tövsiyə edirəm.
Mark Wolynn
Mark Wolynn
Seninle Başlamadı
Seninle BaşlamadıMark Wolynn · Sola Yayınları · 202212,9bin okunma
9 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.