Kitabın hələ ilk səhifələrindən əsas qəhrəman öz xüsusiyyətləri,davranışları ilə diqqətimi cəlb etmişdi. Hər başlığı xüsusi maraqla oxudum. Ehh Martin... Sənin yaşadıqların,həyatının necə tamamilə çevrilməsi,vaxtilə ən yaxın bildiklərin,dəyər verdiklərinin artıq sənə yadlaşması,daxilində vulkanların püskürməsi,lakin sənin onları heç bir kəsə açıb deyə bilməməyin məndə unuda bilməyəcəyim izlər buraxdı.
Kitabı xüsusilə yaşamımın bu zaman dilimində oxuduğum üçün özümü çox şanslı hesab edirəm.