Gönderi

Məni bağışla, ey Öz'üm, Hər üzümə gülənə səni yem etdiyimçün.. Yetimə gəl deyən çoxdu, Getmə dedin, çörək vermək o yana Adam heç əl uzadar Başqa qəlbə qıyana? Səni də qıracaqdır, bunun geci tezi var, Gec'im fürsət tapmadı ki, oyana, Bağışla, getdiyimçün... Nə uzaq oldu ki, donma Nə yaxın, yanma dedin Mən amma bax neynədim? Ən yaxını kor qoyub Ən uzağı nur elədim yolumda.. Stokholm sindromu, "Cəlladına aşiq" yazır qolumda... Ən xoş halda dedilər ki, Qal, Allah amanında sən.. Bağışla ki, yanan da sən, yaman da sən Sonda mənə qalan da sən, Öz'üm... Hər kəsdən əhv diləyib, Hər kəsi vacib sayıb, Hər alqışda, qarğışda Səndən yan keçib sözüm... Halal eylə, haqqını, Bacarsan, bağışla...
··
34 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.