Gönderi

Məhəbbət də elə bir şeydir ki, insanın öz əlində deyil onu yaratmaq. Özü gəlir və çox vaxt da yerinə düşmür heç! Ya vaxtından tez, ya vaxtından gec, ya da ki... Bir də görürsən ki, tamamilə zövqünə uyğun gələn birinə rast gəlirsən. Görürsən ki, ailə qurmaq da problem deyil onunla. Üstəlik, o da səni bəyənir, hələ,bəlkə də, sevir. Qalır bircə sənin onu sevməyin... Az qalırsan,Allaha əl açıb yalvarasan ki,o məhəbbət deyilən şeydən azacıq da olsa, göndərsin qəlbinə. Amma göndərmir ki, göndərmir. Bir də görürsən, eləsini sevməyə başlamısan ki, ya evlidir, ya yaşı uyğun gəlmir səninlə, ya da ki, başqa bir problemi var. Nə isə... Çox qəribə məsələdir bu sevib-sevilmək məsələsi.
·
46 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.