Gönderi

Aşiq olduğun pinqivini Afrika çöllərində də gözünün axtarmasına deyilir ümid. Sıfırı belə rəqəm kimi görüb geriyə qalan yüz-ü heçə saymaq kimi. Sıfır ehtimal var , amma olacaq əminsən. Yüz faiz olmayacaq, amma xırda şeydir o yüz. Sıfırın yanında nə karədir ki yüz. Daha sonra o yüz zamanla iliklərinə işləməyə başlayıb, özünü sənə sübut etdirməyə başlayır. Sıfıra süni nəfəs verib oyatmağa çalışırsan inadla. Yüz isə öz işini görür.illər keçir və gözünü açıb görürsən ki, artıq böyümüsən.Öncələr qınaq obyektinə çevirdiyin, yüzü qəbul etmişlərdənsən artıq. Yüzlərin işğal etdiyi halınsa Antarktidaya getsən belə Pinqivini görəcəyinə ümid etmir. Buna isə deyilir.. Doğrudan buna nə deyilir?
·
231 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.