Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

160 syf.
10/10 puan verdi
·
3 günde okudu
Məktubların İncə Dünyası
Bəzən düşünürəm ki, biz kitabları yox, kitablar bizi seçir. Nə qədər fərqli oxuma siyahımız olsa da, heç gözləmədiyimiz anda heç gözləmədiyimiz kitablar qarşımıza çıxa bilir. Bir də görürük ki, oxumağı planlaşdırdığımız kitab qalır bir kənarda, keçirik "bizi seçən kitab"ı oxumağa.
Canım Aliye, Ruhum Filiz
Canım Aliye, Ruhum Filiz
kitabı da mənim üçün belə əsərlərdən biri oldu. Bu sayədə sevdiyim yazıçılardan biri olan
Sabahattin Ali
Sabahattin Ali
'nin həyat hekayəsinin bir qisminə fərqli baxış bucağıyla baxma şansı əldə etdim.
Canım Aliye, Ruhum Filiz
Canım Aliye, Ruhum Filiz
yazıçının həyat yoldaşı Aliye Ali və qızı Filiz Ali'yə yazdığı məktublardan ibarətdir. Sabahattin Ali'nin daxili dünyasını, düşüncələrini və yaşanmışlıqlarını özündə əks etdirən bu arxiv, qızı Filiz'in töhfəsi ilə
Sevengül Sönmez
Sevengül Sönmez
tərəfindən hazırlanmışdır. Həqiqətən heç bir əskikliyi yoxdur, aydın şəkildə anlaşılması üçün xüsusi diqqətlə qeydlər əlavə edilmişdir və hətta kitabda məktubların surəti də mövcuddur. Məktubların təməl mövzusu Sabahattin Ali'nin ailəsinə qarşı sevgisi olsa da, əslində özündə bir çox incə məqamları ehtiva edir. Yazıçının daxili mübarizəsi, üzləşdiyi çətinliklər, hətta dövrünün iqtisadi-siyasi problemləri də bura daxildir. Sabahattin Ali'nin ailəsinə qarşı olan sevgisi isə onlara etdiyi xitab şəklindən belə başa düşülür. Yaşadığı çətinliklərə baxmayaraq, daim ümidini itirməyən Sabahattin öz əsərlərini yayımlamağa davam edir və Aliye xanım başda olmaqla, ailəsi və dostları da onun arxasında olur. Bayaq da qeyd etdiyim kimi, əsərdə yalnız ailə bağı yox, həmçinin yazıçının siyasi düşüncələri, nəşr etdiyi jurnallar və əsərlər haqqında da məlumatlar qeyd olunub. Xüsusilə də, Markopaşa'nın nəşri zamanı yaşadığı çətinliklər və Nihal Atsız davası kimi məhkəmə prosesləri ilə bağlı hissələr mənim marağımı cəlb edirdi. Bu haqda çox şey yazardım əslində amma çox da dərinlərə enmək istəmirəm. Bir az da ailə bağları haqqında fikirlərimi deyim. Kitabda, daha doğrusu məktublarda ən sevdiyim detallardan biri Sabahattin Ali'nin qızına verdiyi dəyərin açıq aşkar görünməsi idi. O, həyat yoldaşına məktubları Osmanlı türkcəsi ilə yazdığı halda, qızına latın qrafikalı türkcə ilə yazırdı. Hər zaman özü kitablara dəyər verdiyi kimi, çalışırdı ki, qızı da kitablar oxuyaraq böyüsün. Bundan əlavə sözün düzü, bu kitabın bir çox oxucusu kimi mən də təbii olaraq düşündüm ki, yazıçının həyat yoldaşı Aliye xanımın da məktubları əlavə edilmiş olsaydı çox gözəl olardı. Bu qadın hələ adicə kitabın üz qapağından gördüyüm şəkildən çox fərqli aura bəxş etdi mənə. Sadəlövh, təvazökar bir xanım olmaqla yanaşı, çox gözəl həyat yoldaşı və ana olmuş, çəitnliklərə yoldaşı ilə birlikdə sinə gərib, hər zaman onun dəstəkçisi olmuşdur. Kaş ki, Aliye Ali'nin də məktublarını oxumaq şansımız olsaydı :/ Xoş mütaliələr
Canım Aliye, Ruhum Filiz
Canım Aliye, Ruhum FilizSabahattin Ali · Yapı Kredi Yayınları · 202024,3bin okunma
·
110 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.