Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

"İlk Məhəbbətim"
Sən nə istəyirdin, nələr itirdin? Qorxma kül olmaqdan, yan, məhəbbətim. Sən mənim başıma nələr gətirdin, Ay ilk məhəbbətim, son məhəbbətim. O parlaq sevgimdən çox utanıbdan, Ulduzlar eşqimdən qızartı dərmiş. İnsanlar bir dəfə doğulduğundan, Elə bir dəfə də sevə bilərmiş. Mənəm, milyard naxış səpmişəm göyə, De, varmı hesabı naxışlarımın. Kirpiklər özgəyə baxmayım deyə, Çəkir keşiyini baxışlarımın. Elə sızıldayır qəlbim tar kimi, Sən kimin eşqini daşıyacaqsan. Bəlkə də divarlar, maşınlar kimi, Sən də məhəbbətsiz yaşayacaqsan. Burda tənhalıqdan lap iyrənmişəm, Qoy meh sığallasın telini sənin. Gedib yetmiş iki dil öyrənmişəm, Hələ tapmamışam dilini sənin. Sən bir soyuq ulduz, mən gözləri nəm, Eybi yox, mənimçün həmişə varsan. Sıxma ürəyimi, ürək cəhənnəm, Axı sən ordasan, sən sıxılarsan. ✨
Seyran Səxavət
Seyran Səxavət
·
1 artı 1'leme
·
458 görüntüleme
Nahid okurunun profil resmi
"Sıxma ürəyimi, ürək cəhənnəm, Axı sən ordasan, sən sıxılarsan." İncəliyə bax ki cümlədə, bunu həm yazar həm də ifaçı vurğulu edir və elə gözəl məna kəsbedir ki 🫠
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.