Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Seyran Səxavət

Seyran SəxavətQapıların O Üzündə Qalan Dünya yazarı
Yazar
0.0/10
0 Kişi
8
Okunma
0
Beğeni
82
Görüntülenme

Hakkında

Seyran Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun (keçmiş Qarabulax rayonu) Yağlıvənd kəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Natəvan adına Füzuli şəhər məktəbində direktorun köməkçisi vəzifəsində işləmişdir (1962-1964). Sonra ADU-nun şərqşünaslıq fakültəsində təhsil almışdır (1964-1970). Sovet Ordusu sıralarında əsgəri xidmət zamanı SSRİ Müdafiə Nazirliyində tərcüməçi olmuşdur (1970-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi kimi çalışmış, sonra iki il İranda tərcüməçi işləmişdir (1974-1976). Yenidən Bakıda "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmişdir (1976-1981). Sonra "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri işləmişdir (1981-1991). Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şeir, hekayə və publisist yazıları ilə başlamışdır. Həmin vaxtdan mərkəzi və respublika mətbuatı səhifələrində müntəzəm çıxış edir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dillərə tərcümə olunmuşdur. "Qızıl teşt" pyesi Azərbaycan Akademik Dram teatrında (1988), "Büst" pyesi Lənkəranda (1989), "Qapıların o üzündə qalan dünya" pyesi Füzulidə (1990) Dövlət dram teatrında tamaşaya qoyulmuşdur. 2002-ci ildə "Nekroloq" romanı Azərbaycan Yazıçılar Birliyinin Y.Səmədoğlu adına "İlin ən yaxşı romanı" mükafatına layiq görülmüşdür.
Tam adı:
Seyran Əsgər oğlu Xanlarov
Unvan:
Yazar, Şair, Nasir, Tərcüməçi
Doğum:
Yağlıvənd, Füzuli, Azərbaycan, 23 Mart 1946

Okurlar

8 okur okudu.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Reklam
"İlk Məhəbbətim"
Sən nə istəyirdin, nələr itirdin? Qorxma kül olmaqdan, yan, məhəbbətim. Sən mənim başıma nələr gətirdin, Ay ilk məhəbbətim, son məhəbbətim. O parlaq sevgimdən çox utanıbdan, Ulduzlar eşqimdən qızartı dərmiş. İnsanlar bir dəfə doğulduğundan, Elə bir dəfə də sevə bilərmiş. Mənəm, milyard naxış səpmişəm göyə, De, varmı hesabı

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok