Gönderi

Sənə not :)
Birini sınamadan , içindən gəldi deyə dəyər verirsən. Səhvi də bax burda edirsən. Unudursan ki, dəyər"in elə güclü ağırlığı var ki, hər kəs onu daşıya bilməz . Verəcəyin dəyəri daşıya bilməyəcək insanları ağlında min bir bəzək edib onlara bu qiyməti yükləmə ) Necə deyərlər " yüz ölç, bir biç" "O elə biri deyil" , "O da belə olsun istəməzdi" deməyi də burax əzizim .Hər kəs hər şeyi bilərək və istəyərək etdi.Unutma ki sənə az da olsa dəyər verən insanlar- səninlə danışdıqda sözlərini seçib danışarlar ,incisən könlünü alarlar , sənə səninlə danışmağın, onların həyatın da olmağının xoş olduğu bildirərlər. Sənə hiss etdirərlər ki ,sən mənim həyatıma rəng qatırsan, sənsiz məndə nələrsə əksik qalar Bunlardan azı birini deyən yoxdursa təəssüf ki, həyatında doğru insanlar olmadı ( sənin günahın deyil ) 👣 Sənin qiymətini bilməyəcək insanlar üçün özünü yorma . Sən və sənin zamanın elə qiymətlidir ki, kimə ayırdığına yaxşıca diqqət et ) Həyatına rəng qatan, səninlə danışmaq üçün can atan, fikirlərini , düşüncələrini həvəslə səninlə bölüşmək istəyən insanları yaxınında tut✨
·
179 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.