Gönderi

Depressiya get-gedə əsrin bəlasına çevrilir. Əgər 2020-ci ilə qədər dünya əhalisinin 5-7 faizi depressiyadan əziyyət çəkirdisə, son illərdə bu rəqəm 12-20 faizə qalxmışdır. Hər il iki milyona yaxın insan depressiya səbəbi ilə intihar edir. Modern dövrün informasiya zəhərlənməsi, mənasızlıq, ideologiyasızlıq və insanların bir-birindən emosional uzaqlaşması depressiya kimi ağır bir xəstəliyi bizə nəfəs qədər yaxın edir. Psixoloji sağlamlığımızla bağlı məsuliyyətli olmasaq bu tendensiya bizdən də yan keçməyəcək. Təhsilimiz, karyeramız, maddiyyatımız haqqında nə qədər düşünürüksə, ən azı o qədər də psixoloji rifahımız haqqında düşünməliyik. Üzünüzü güldürən şeyləri, sizi yaxşı hiss etdirən insanları və beyninizi dincəldən anları nə olursa-olsun özünüzdən uzaqlaşdırmayın. Fuad Əsədov
·
212 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.