Gönderi

287 syf.
9/10 puan verdi
·
14 saatte okudu
Kitabla bağlı təhlilimi bu qədər gecikdirməyimin səbəbi kitabı ilk öncə pdf-dən oxumağım idi.Bir daha da kitabdan oxuduqdan sonra,təhlilimi,fikirlərimi bölüşmək qərarına gəldim.Kitab haqqında "reading slump" dediyimiz kitab oxuya bilməmə dövründə təsadüfən 1kda ilk öncə yazıçı profili ilə tanışlığım nəticəsində öyrəndim.Kitab maraqlı gəldi və pdf olaraq oxumağa başladım,bir neçə saat ərzində isə bitirdim.Dedektiv əsərlərdə ən çox diqqət etdiyim,kitabın məni təəccübləndirib-təəccübləndirmədiyi olur hər zaman.Bu kitab isə əvvəlindən sonuna qədər məni şok içində saxladı.Hər bir obraza şübhəylə yanaşdım,amma sonunda yenə də təəccübləndim.Kitabı ikinci oxuyuşumda isə,sonunu bilməyimə baxmayaraq yenə də birinci oxuyuşda önəm vermədiyim səhifələrə gizlənmiş kiçik detallar vasitəsilə bir daha təəccübləndim.Kitabı çox bəyəndim.İndiyə qədər oxuduğum ən mükəmməl kitab deyə bilmərəm,çünki bu bir az absurd qala bilər.Amma kitab son zamanlarda oxuyarkən ən çox məni həyəcanlandıran,içinə çəkən kitab oldu.Kitabla bağlı diqqət çəkmək istədiyim ən əsas nüans isə,bu kitabı yazan şəxsin sadəcə ilk kitabı olmasıdır.Bu kitab hər hansısa onlarla romanı çap olunmuş bir yazıçının əsərinə bənzəsə də,bu sadəcə birinin ilk romanıdır.Bu isə onu daha çox uğurlu adlandırmağıma səbəb olur,çünki düşünün ilk dəfə kitab yazırsınız və yazdığınız kitab budur.Yazım dilinin sadəliyi,amma düşündürücü cümlələr,günümüzün aktual məsələlərinə toxunulması bu kitabı oxumağa yeni başlayan bir şəxsdən tutmuş yüzlərlə kitab oxumuş biri üçün də maraqlı edəcək nüanslardır. Kitabda məni ən çox narahat edən məsələ isə məktəblərin acınacaqlı vəziyyəti oldu.Təəssüflər olsun ki,günümüzün reallığına əsasən,məqsədi təhsil verməkdən ibarət olan bir çox müəssisələrin vəziyyəti belədir,belə bir məktəbdə oxumamış olduğuma isə sevinməkdən başqa əlimdən heç nə gəlmir. Kitabda ən başlıca olaraq,güvən məsələsi diqqəti cəlb edir.Ətrafınızda ən çox güvəndiyiniz şəxsləri düşünün.Bəlkə də onlara sonsuz güvən hissinə sahibsiniz və onlar sizi heç vaxt xəyal qırıqlığına uğratmaz deyə düşünürsünüz.Amma ya etsələr??Bu ehtimalı düşünmək istəməsək də hər zaman bu ehtimalla yaşamalıyıq əslində. Muradın Hümraya qarşı olan hisslərini anlamaması,anlamaq istəməməsi,amma daha sonra,bu hisslərin sayəsində bir növ təkamül edib,əvvəlki bəzi hərəkətlərindən uzaqlaşmasını Nizaminin qəhrəmanı,Şirinin sevgisi ilə dəyişən Xosrova bənzətdim. Hər şeyin başlanğıcında duran o hadisə isə bizə,önəm vermədən dediyimiz hər hansısa bir sözün,etdiyimiz hərəkətlərin nə qədər böyük nəticələrinin ola biləcəyini göstərir. Kitabla bağlı çox yaza bilərəm,amma spoiler verərəm deyə yazmaq istəmirəm.Sadəcə bunu demək istəyirəm—Oxuyun və oxutdurun,peşman olmayacaqsınız.Oxuyan hər bir şəxs obrazların hər hansısa birində mütləq özünü tapacaq.
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024112 okunma
··
785 görüntüleme
Nəimi okurunun profil resmi
Təşəkkür edirəm, hər oxuduğum müsbət və mənfi təhlillər çox sevindirir məni. Bu cür ətraflı şəkildə bir mətn hazırladığınız üçün çox sağolun, ikinci kitabda görüşmək diləyi ilə...✨
Selma okurunun profil resmi
Səbirsizliklə gözləyirik ikinci kitabınızı
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.