Gönderi

Sevdirə bilmədim...
Dəli kimi sevdim gözəlim səni Gül verdim,yandırıb-yaxdı əlini, Seçib cümlələrin ən gözəlini Titrəyib söylədim sözümü sənə, Sevdirə bilmədim özümü sənə... Həsrəti, vüsalı qoşa sevdirdim, Üşüyən əynimi qışa sevdirdim, Yalın ayağımı daşa sevdirdim, Tanıda bilmədim izimi sənə Sevdirə bilmədim özümü sənə... Alışıb yanardım göz isdəsəydin, Bir nəğmə olardım söz isdəsəydin. Məni görmek üçün göz isdeseydin Kor qalıb, verərdim gözümü sənə; Sevdirə bilmədim özümü sənə... Sənə hər məktubu yazdım qanımla, Ruhumla,hissimlə,həyəcanımla Sevinclə ölərdim əgər bununla Bağışlasaydım mən ömrümü sənə; Sevdirə bilmədim özümü sənə... N.Kəsəmənli
·
40 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.