Gönderi

Dialoq Azerice
Dialoq Necə aydın müşahidə aparaq? Olanları bir-birindən ayıraq. Doğru,yalnış necə rahat tanıyaq? Çataq nura,yalnışlardan arınaq. Deyirlər ki,insan sirli qutudu. Açmaq olmaz bu qutunun sirlərin. Bizim kimi ona çoxlar toxundu. Açılmadı sirli qaldı qorundu. Kimlər forma üzərində işləyir. Kimlər onda gedənləri izləyir. Kimlər onun pisixikasın yoxluyur. Kimlər onu xəstəlikdən qoruyur. Bəziləri onu şərə buyurur. Bəziləri onu şərdən qoruyur. Bəziləri ona yollar buyurur. Bəziləri buyrulanı korluyur. Çarəsizlik salıb onu cənginə. Qulaq asmaq olub ona məngənə. Eşdiyin dərin varmır fərqinə. Qulaq asır hər yetənin əmrinə. Göstərilən fokuslara aldanıb. Məsləhətə,göstərişə bağlanıb. Elmi,dini baxışlarla yonulub. Doğru,düzgün yaşamağı unudub. Sual verir tapmır onun cavabın. Yaradılış nədən alır yaşamın? Alim ona enerjidən dərs deyir. Dindar ona yaradanı göstərir. Qulaq asır hər ikisinin sözünə. Ərə bilmir həqiqətin özünə. Ortalıqda çarəsizcə dolaşır. Biliklərlə güclü kimi savaşır. Aydın olmur düşüncələr danışır. Fikir,biliklərin varlığından alışır. Mən tapmışam iddiaya atılır. Ona qarşı çıxanlarla yarışır. Düşünür ki,qalib ola biləcək. Rəqiblərin belin,dizin bükəcək. Bilikləri verir ona iradə. Anlamadan gəlir belə qərarə. Yalnış,doğru ayrılığın anladır. Biri başqa,biri tamam başqadır. Soruşulur hansı hardan gəlmədir? Cavabları yalan,yalnış seçmədir. Yaxşı,pisə qarşılıqlıq verirsən. Necə belə hərəkətə keçirsən? Yaxşı səni necə çəkir özünə? Pissə yaxşı görünməyir gözünə. İstədiyin həyatı sən seçirsən. Seçiləni məgər sənmi keçirsən? Seçdiyimin düz olduğun deyirsən. Yaşayanda niyə rahat deyilsən? Aydın olan şeyə seçim qarışır? Məlum olan yerdə fikir danışır? Seçim gəldi anlamağın yerinə. Anlamadan seçim edir yenə də. Aydın olmaz yerdə sual verilir. Qarışıqlıq içrə seçim edilir. Seçilmişə doğu cavab deyilir. Doğrudusa niyə seçim edilir? Fikir nə vaxt hərəkətə qarışır? Cavab ondan olduğunu danışır. Biliksizmi verir sual-cavabını? Verir belə iddialı qərarını. Kasıb olan varlı olmaq istəyir. Cahil olan aqil olmaq istəyir. Aydınlığa hansı çatmaq istəyir? Çarəsizmi çarə tapmaq istəyir? Aciz nədir cism,yoxsa daxili? Ali nədi cism,yoxsa daxili? Cism bizə ondan öncə göründü. Daxil isə cism içinə gömüldü. Aydındımı daxil nədir cism nə? İnsan çatıb hər ikisinin elminə? Elm deyəndə biliklərmi deyilir? Dəqiqlikmi yoxsa vurğu edilir? İki insan eyni dildə danışır. Dialoqa məsləhətlər qarışır. Bəlkə sözlər ortaq deyil araşdır. Ortaq sözlər varsa niyə dalaşır? Artırır təcrübə sərhəd xətdini. Adlaya bilməyir bilik həddini. Çıxılmaz labirint əyib qəddini. Çəkilsə yalnışlar görər fərqini. Yalnışla döyüşüb doğruya çataq? Bu fikri beydindən biz silib ataq. Doğrunu yalnışa biz necə sataq? Zülmətdən işığa bəs necə çıxaq? Yalanlar dünyanı dolaşıb gəzir. Hələdə nədəndir o haqqı əzir? Bəlkədə önünə doğru çıxmayıb? Çıxbsa niyə də hələ susmayıb? Nədən sual yaranıbdı beyində? Bilikləri aydındımı özündə? Aydındısa niyə sual doğurur? Məlum olub rahatlığmı qurulur? Davam edir həyat olub mantra. Təkrar edib olub vərdiş hazıra. İstədiyi deyildimi biliklər? Bilikləri onu rahat etdilər? Danışıb özgəyə verir məsləhət. Uşağa,yaşlıya göstər mərhəmət. Ancaq onlaramı edilsin hörmət? Cavabı ana və ataya diqqət. Danışıb daxilin edir biruzə. Dostlara xidmət et yadlara kəsmə. Sözünü kəskin et yaxın gəlməsin. Dostla düşmənlərin fərqini bilsin. Cismə yaşam hərəkətin nə verir? Gedəcəyi yeri aydın göstərir. Göstəməsə hara getsin çaşdırar. Enerjisi bitər,çatmaz son bular. Arı çölə çıxır niyə yuvadan? Bilmir hara getsin indi buradan? Götür-qoymu edib yolun seçəcək? Yoxsa aydın olacaqda gedəcək? Bəs toxumlar necə edir hərəkət? Qış,yaz,yay,payızımı seçəcək? Qarışdırsa yaşamına son gələr. Necə düzgün vaxtı görüb dirçələr? İnsanlar bəs necə edir hərəkət? Aydındısa içdə niyə fəlakət? Seçir,yoxsa aydın yolda yürüyür? Aydındısa niyə yollar böyüyür? Niyə hər gün sualları çoxalır? Günlər kecir zamanı da daralır. Tapmadıqda gəlir cana usanır. Sonra zövqü axtarmağa adanır. Seçilənmi onu çəkir özünə? Seçən anda düzü gəlir özünə? Gəlibsə bəs niyə çəkir əziyyət? Seçdikləri verir ona səadət? Daxilində təlatümdü susmayır. Suallar çox çarələri bulmayır. Çarəsizlik edir onu idarə. Sarıb onu öz toru ilə əhatə. Axtarışlar edir rahat durmayır. Narahatlıq dinib bir an susmayır. Axtarışı harda,necə aparsın? Yalnışlardan necə kənar dayansın? Nədən belə doğruları axtarır? Necə oldu yalnışlardan utanır? Yaşayaraq olar,olmaz ayırıb. Ayıraraq parçalanma yaradıb. Ayıraraq topluyurdu biliklər. İşlədəndə görür onlar çürüklər. Vacib olan nədir görən həyatda? Onu görsə çözüm tapar yaşamda. Toplamağı bəlkə ətraf buyurub? Bəlkə başqa birisimi duyurub? Bağlanaraq bilikləri qoruyub. Olub kimsə,həyatını boyuyub. O kimsəyə həyat olub ağ-qara. Verir qərar bura getsin,ya ora. Sual verib soruşulur sən hara? Cavabları gah burdadı,gah orda. Düzlə səhvi necə etsin analiz? Analizlər necə gedir biliksiz? Bilikləri görən nə ilə toplanıb? O olmadan necə bilik yaranıb? O nədir ki,olanları anladır? Keçiləni həm yaşayır,yaşadır? Yaşananı anlayansa başqadır? Görən bunun cavabını anlayır? Onun adı varmı bu kainatda? Bəlkə adsız,məkansızdı həyatda? Bizdən əvvəl ona adlar qoyuldu. Adlarını bildik sizcə nə oldu? O nədir ki, cismə verir hərəkət? Hərəkətlər sonucunda bərəkət. Bizsə ona yaradandı deyirik. Hərəkətlər hardan gəlir bilmirik. Canlılarsa sual verir özünə? Alacağın alır çatır düzünə. Alacağın necə aydın tanıyır? Niyə seçmir ayrısını dadmayır? Gedəcəyi yeri necə anlayır? Orda nə var necə bilib,tanıyır? Bunu ona nəsə aydın göstərir. Göstərənin özü başqa yerdədir? Bəlkə bunu elə edir hissiyat? Cismə verir yaşam edir qediyyat. Qeydiyyatı bəlkə edir başqası? Sualların bəlkə budur açması? Qeydiyyatı edir əgər hissiyat. Beynə necə düşür yalnış məlumat? O göndərir beynə gəlib çatmayır? Gələnlərlə yoxsa kimsə oynayır? Beyin sual verir görən kimdi bu? Kimdən alır görən belə fikri bu? Şübhələnir bəlkə yoxdu doğrular? Hissiyatı görüb,alır doğru var. Doğru gələn yeri görüb rahatlar. Suallar çox bir-bir verib tapdırar. Cavabları səbirsizcə qarşılar. Cavabların hamsın alar son bular. Fikir sona çatar yaşam,davam var. Gözləyəndə əlbət ki,ehtiram var. Doğru yalnız onun deyil hər kəsin. Nurlu yaşam,azad yaşam hər kəsin. Onda hər kəs azadca yaşayar. Deyib-gülər hər kəslədə danışar. Etməz seçim kimi yaxşı,kimi pis. Bəlkə bunu edə bilər yalnız hiss? Çatdırılan xəbər üçün şeir yaz. Qarşısına doğru çıxsa anlamaz? Yalnış nə vaxt konfliktsiz son bulur? Bəlkə doğru yalnışları susdurur? Nədəndi biz yalnış ilə dalaşdıq? Əlimizə qılınc alıb onun ilə savaşdıq. Düz olsaydı edərdik mi eynisin? Düşünürsüz doğru gəlib onu çözə bilməsin? Qaçdıqca biz sezmədik ağ,qaranı. Görməliyik aydın faktı,yalanı. Fakt deyilən nədir görən? Bəlkə indi,əvvəl keçən? Bəs idea,dəqiq bilir? Bəlkə hələ müəllim seçir? Qulaq assın  görüm nədir. Deyin görüm kim düz bilir? Versin düzün o qanmasın? Verən doğru desin,o almasın? Bəlkə belə düz olmadı? Bənna verdi şagird aldı! Niyə dində belə deyil? Verən verib,alan bilmir. Teknoloji bilikləri alıb həllə çatdırırıq. Pisixaloji bilikləri alsaq belə anlamırıq. Bəlkə fikir bilikləri doğru,düzgün ötürməyir? Bilikləri içrə ona bəlkə doğru görünməyir? Bəs necə olanları anladığın qeyd eləyir? Ötürür məlumatı heç özü nə şəkk eləyir? Dinləyən çarəsizdə gələnləri alqışlayır. Bağlanıb olur kimsə,daxilində coşub-daşır. Doğrunu tapdığını zənn eləyir kobudlaşır. Verdiyi cavabların düzün bilmir dili dolaşır. Dəqiq sual görən nəyə deyilir? Bəlkə cavab olur deyə deyilir? Düzü görmək üçün yollar seçilir. Seçəndəsə səhv etdiyi sezilir? Seçənə biz aqil insan deyirik. Fikirləşib düzü tapar bilirik. Fikirləşmək necə cavab tapacaq? Fikir bilik axtarıb da tapacaq. Fikir nədir,bilik nədir görəsən? Onlar ayrı,eynidirmi bilirsən? Bilik özü cavablarmı yaradır? Yoxsa onu fikir tapıb çıxardır? Biliklərsə gəlib dolubdur başa. Gələndəsə özü gəlib birbaşa? Yoxsa onu fikir yığıb yaddaşa? Bilik kimdir onsuz həddin aşa. Hər ikisinin vardır oxşar cəhəti. Qısıtlıdır hər ikisinin sərvəti. Təcrübədir hər birinin əvvəli. Zaman olur təcrübənin əcəli. Çevrə içrə azadlığı tapıbdı? Çevrəni bəs kim çənbərə alıbdı? Sahəsini mərkəz özü salıbdı. Mərkəz var ki,məhkumluqda qalıbdı. Kim istəyir azadlığa qovuşa? Fərhad kimi vura külüngü daşa. Çırpınıb can atır azad yaşama. Qəfəsdə qalana etsə tamaşa. Məhkum azadlıqla olar onda baş-başa. Tanıyar özün daha sual gəlməz də başa. Axtarmaz bundan belə kim onu azad eliyə. Qəfəsin dağılmasında ona nə isə deyilə. Olar agah qəfəsin bənnaları kim. Veribdir məhkuma zillət daha kim. Olub hakim həyatın qarə edib. Məlum mu indi bu biçarə nə edib? Polad zəncirləri qırıb azad olunub. Daha biçarə deyil tamam azad olunub. Narahatlıq gətirən sualları həll olunub. Həll edən fikir deyil cismə ayan olunub. Çarələr nədən gəlir sualları həll eləyir? O nədir doğruları cismə bəyan eləyir? Bilikdən cavab verənlər axtarır bu nədir? Necə onlara olsun ayan görəsən o nədir? Aydın olan hadisəni araşdır. Görün ona məsləhətlər qarışır? Sizə aydın olmayanı araşdır. Görün ona sakitliklə yanaşır? Səbr nədir bəlkə yavaş hərəkət? Səbr edir tələsənə şikayət. Qaçan görən hara belə tələsir? Yalnışlar çox bəlkə həllə tələsir? Rahatlıqsa görən olar səbirsiz? Rahatlığa necə çatar səbirsiz? Səbr öncədən,yoxsa sonra gələcək? Yürüyərək səbrə çata biləcək? Səbirsizlik necə edir şikayət? Bəlkə odur törətdirən cinayət? Anlayıbsa cavab niyə axtarır? Nədən belə vəziyyətdə yaşayır? Edir doğru rahatlıqsa gəlməyir? Seçir yollar hansı dəqiq bilməyir. Seçiləni keçir özün aldadır. Aldadılan görün necə haldadır? Doğrulardan kimsə bizi qaçırır. Seçimlərə nəsə bizi aparır. Doğru,yalan hansı bizi aldadır? Doğru gəlmir yenə özün qandırır. Şübhə edir onda olan diqqətə. Diqqət edib çatmaz sizcə həqiqətə? İnsanlar bəs necə diqqətə çatsın? Onu deyil seçiblərsə başqasın. Başqasısa görən nəyə deyilir? Heç diqqət də özgələrə əyilir? Bəs o nədir bizi düzdən ayırır? Bizi burdan başqa yerə aparır? Ona bəlkə fikirləşmək deyilir? Diqqətisə fikirləşmək gətirir? Diqqət olan yerdə fikir edilir? Fikir varsa diqqət necə edilir? Fikir görən niyə gəlir beyinə? Anlayırsa qalıb onun rəyinə? Gəlib aciz sualların gətirsin. Edib beyni məşğul deyinsin. Fikir edir verir çoxlu idea. Olanları bəlkə çözür idea? İdealar çoxlu yollar gətirdi. Çoxlu yollar məsələnin həllidi? Aydındısa çoxlu yollar yaranar? Edib qulluq yalnışları sulayar? Yalnışları aydın görsə inanar? İnam yoxsa yalnışlardan doğular? Aydın olan şeyə necə inansın? Hələ bir də müqayisə aparsın? Aydındısa niyə seçim yaratsın? Sual verib sonra cavab axtarsın? İnsanısa nə doğruya çatdırar? Etdiklərin incələyər qurtarar. Çarə verən çarəsizə dönübdü. Çarəsizsə kəndisini öyübdü. Fikirləşən kimdi görən sən ya o? Bilik yoxsa,fikirləşib tapar o? Fikir yoxsa,bilik necə yığar o? Hissi verən deyir mənsiz olar o? Sözlər fərqli insan,insalıq və insanlar. Hansı nəyə deyilirsə görən bilir insanlar? İnsan sözü tək fərdlərə deyilir. Bəs insanlıq görən nəyə deyilir? Bəs insanlar sözün anlar? Bəlkə sözü toplayan var? Görən onlar ayrılırlar? Hələ bir də toplasınlar? Görünüşcə bir-birindən ayrılırlar. Anlamaqda görən onlar ayrıdırlar? Dini,irqi,rəngi,cinsi fərqli olur. Rahatlıqsa onlar üçün fərqli olur? Canlını rahatlığa baxıb görək nə aparır? Düzə çatmayıbsa heç onu rahat buraxır? Narahatlıq keçirir,bunu onda nə yaradır? Bəlkə rahatı alan,narahatlıq yaşadır? Canlıya agah edir hər ikinsini. Alıb,anladır olanların çəkisini. Hansı səhv,hansı düz o bildirir. Bəlkə onların hər birini hiss eləyir? Sual verib cavab verək. Yenə bunu davam edək. Elə edək sual bitsin. Rahatlığa çata bilsin. Cavabları aydın olsa rahatlar. Yalnışları düzgün sual cavablar. Düzgün sual qurulmasa cavab var? Yalnış sual bizi səvhə aparar. İnsan yığıb doğruları? Yığıbsa bəs doğru hanı? Özün sevsə yığar yalnış? İndi çətin halda qalmış. Kim edəcək ona kömək? Kimlərsə yox,bəlkə sevmək? Necə sevsin sevgi hörmət. Hörmətəsə deyir zəhmət. Zəhmət çəkib hanı bəhrə? Bəhrə deyir biliklərə. Bilikləri niyə yığıb? Bilik alıb anlamayıb. Yığdığları necə gəlib? Gəlib dönüb suallara. Bilikləri nə gətirib? Biliklər dönüb cavaba. Düzü görər anlamaq gələr. Anlamaq yenidən sual verər? Sual verir təkrar niyə? Bəlkə yenə anlamır deyə? Həyat belə davam edir. Sual-cavab doğru gəlmir. Çaşıb qalıb necə edim? Suallarla kimə,hara gedim? Kimə deyil var yaşadan. Tanıyıram  o yaradan. Yaradanı bilik bilir. Bəlkə o heç bilik deyil? Yaradanı forma bilir. Onun adın,yerin deyir. Adı,yeri varsa harda? Qeyibdədi gördün orda. Forma necə hərəkətə keçir belə? Aldığların alır,hardan gəlir belə? Bilir görən anlamağı hardan gəlir? Anlamağı bəlkə ona hiss gətirir? Necə olsun ona dəqiq? Biliklərsə olub rəqib. Biri ona allah deyir. Biri görmür yoxdu deyir. Hissiyatsa belə edir? Keçəcəyin sual edir? Sual versin necə edim? Deyin görüm hara gedim? Kim verəcək ona cavab? Cavab versin etsin savab. Görən olar bunun həlli? Verənlə,alan fərqli. Valideyin,övlad fərqli. Dişi fərqli,erkək fərqli. Bəs eynilik varmı görən? Bu cavabı varmı bilən? Görən cism nece edər? Keçəcəyin necə seçər? Öz başına alıb keçir? Onda sonun niyə seçir? Cism ölür,bəs hissiyat? Ölüb getsin olsun rahat. Ölüb bəlkə doğulmayıb? Niyə cavab tapılmayıb? Nədən doğru tapılmayıb? Bəlkə ona baxılmayıb? Görən hara baxıb insan? Çaşıb qalıb halı yaman. Kim dadına çatsın onun? Halına da yansın onun? Çırmalasın əlin,qolun. Dərdlərinə şərik olsun. Bəlkə yoxdu elə biri? Varsa hanı dərdin həlli? Dərdi bəklə yalan verdi? Yalansa bəs hardan gəldi? Doğru yox ki,sual gəldi. Necə bilsin harda həlli? Gedib orda rahat ola. Fikirləşib düşüb tora. Fikir edir cavab harda? Bəs fikiri edən anda. Anlayırmı nədən darda? Cavab tapar belə halda? Anlayanda fikir olmaz. Aydındısa darda qalmaz. Fikirləşir niyə belə? Yığdığları səhvdi deyə. Aydındısa yığan gəlir? Yığan anda düzün bilir? Sual verir hansın seçim? Deyin mənə də düzün bilim. Sual verən bir an sussa. Cavab tapar bəlkə onda. Onda görən sual kimdən? Doğru,aydın cavab kimdən? Məsləhətin sayı artıb. Göstərişlər başın qatıb. Biliklərə qulaq asıb. Doğruları görən tapıb? Niyə hələ sual verir? Müəllim necə dərsi keçir? Cavabı verib çıxır gedir? Yoxsa dərsi izzah edir? Dərsi deyir sual gəlir. Suallara cavab verir. Məsələni aydın edir. Şagirdlərdə sual bitir. Görən insan daxili də eləmi? Düzü görmək üçün sual veribmi? Yalnış sual verdiyini sezibmi? Sezibsə bəs doğru cavab gəlibmi? Bu fikirlər bizə niyə verilir? Görən bunlar məqsədlimi edilir? Bəlkə bizi yolumuzdan döndərir? Ay camaat bunlar hamsı hiylədir. Salaq nəzər görək elə edilir? Verir yalan yolumuzdan döndərir? Bəlkə deyir nəyi necə edəsiz? Göstərirmi hansı yolu seçəsiz? Dialoqun nə olduğun bilirik? Nə vaxt bizlər dialoqa gəlirik? Yox problem əziyyətdə çəkmirik. Deyin görüm dialoqa gələrik? Problem çox,dialoqa gəlinib? Yoxsa qalşılıqlı göstərişlər verilib? Biri deyir ona bunu belə et. O da deyir ona sən də belə et. Dialoqda problemlər son bular. Bəlkə insan göstərişlə yol tapar? Göstərişlə tapılsaydı cavablar. Niyə həllə çatmayıbdı suallar? Sevgi olan yerdə cavab tapılar. Düşünürük əlbətdə ki,sevgi var. Sevgi varsa niyə cavab tapılmır? Görən sevən sevdiyinə acımır? Cavabları həll eləyir suallar. Sualları həll edəcək cavablar. Ağrı çəkər tapılmasa cavablar. Ağrı varsa görən onu sevən var? Sevgi nədir görən onu kim bilir? Kim deyər ki,onu nəyə bənzədir? Bənzəyirsə onlar ikisi eynidir? Yoxsa onun bənzəri yox fərqlidir? Sevgi bizi hərəkətə gətirər. Yalnışları çözər hamsın həll edər. Düzlər varsa,demək bizi sevən var. Düşünməyə sizcə daha lüzüm var? Cavabları görən bizə nə verir? Bəlkə fikir onu bizə gətirir? Məlumat yox,fikir sual yaradır. Məlumatı almaq üçün can atır. Məlumatı almaq fikrin işidir? Bilik almaq üçün işə girişir. Düşünür ki,yaşam onun işidir. Yaşayırsa nədəndi o fikirləşir? Fikir bilikləri görən necə alacaq? Necə keçib yaşayıb yaddaşada atacaq? Toxunduğun keçirib cismə başa salacaq. Toxunduğun o deyil bəlkə hiss yaşayacaq? Anladıqsa mövzunu,bizə daha zaval yox. Hara getsə çözər yol,ona daha zaval yox. O deyəndə adı var,deyin kim izzah edər? Adı varsa izzah et,hissin özü söz deyər? Bəlkə qalıb ona yaşamı dar edənlər? Yersiz yerdə cismi narahat edənlər. Qorxu,nifrət,qəzəb onlara işarə. Olmalı həll qalmasın pislikdən nişanə. İndi burda özümüzü izləyək. Görək qorxu hardan belə gələcək? Bəlkə onu  hadisələr verəcək? Yoxsa beyin özü bunu edəcək? Tutalım ki,deyək qorxur ölümdən. Ölməyibsə necə qorxur ölümdən? Deyək ki,lap sərt əsən küləkdən. Baş vermir ki,necə qorxur öncədən? Necə qorxur hadisələr olmadan? Yoxsa almır qorxunu heç olandan? Bəs deyir ki,ölüm məni qorxudur? Yalan deməz yəqin ki,doğrudur. Qorxunu bəs nə gətirdi beyinə? Lüzum qalır hələ birdə düşünə? Daxilində sönməz ocaq qalandı. Aydın olmur görən necə yarandı. Düşünərək gedir gələcəyə,keçmişə. Bəlkə edə bilər hissin zamanını dəyişə? Zaman yolculuğu edib düşür təşvişə. Daxilində fokuslanıb edəcəklə,etmişə. Görən indi daha burda yaşamır? Bu nədisə heç canlıya oxşamır. Bəlkə yalnız burda ola bilər o? Yoxsa necə olanları keçər o? Yaşamasa necə bilik toplayar? Görən necə doğru,yalnış ayırar? Hara getsin,necə etsin,nə bilər? Aydın olmaz yaşamına son gələr. İndi görən kimdi edən səyahət? Güc gətirir ona verir dəyanət. Azad yaşam verir cismə zəmanət. Görən varmı onda belə fərasət? Bəlkə onu fikir burdan qaçırır? Həm keçimişə,gələcəyə aparır. Keçmiş,indi,gələcəyi ayırır. Görən necə zamanı yaradır? Müqayisə bəlkə zaman yaradır? Yaşamağı üç hissəyə ayırır. Nə etmişəm,nə edirəm,edəcəm. Sizcə bunlara ayrıdırlar,yoxsa cəm? İndi,keçmişin təcrübələr bəhrəsi. Gələcəksə,biliklərin idea sahəsi. İndi,hər birinin ortaq nöqtəsi. Zamansızsa,hissin indini keçməsi. Hədəflərə görə müqayisə edilir. Yollar içrə bir neçəsi seçilir. Mükafatı yoxsa hədəf qurulur? Sonucunda cəza varsa onlara toxunur? Mükafatla,cəza diqqətə qarışır. Edir seçim düzlə,səhv formalaşır. Düzü görmür axtarışa başlayır. Sonra yalnışları dəyişməyə çalışır. Görək indi qəzəb necə yaranır? Bəlkə onu olanlar yaşadır? Deyək kimsə varlılıqdan xoşlanır. Pulsuzluqdan sizcə qəzəb yaşayır? Tutalım ki,kasıblıqdan onda qəzəb yaranır. Varlı olur bəlkə qəzəb sonlanır? Dəyişsədə qəzəb yenə ordadır. Onda qəzəb hardan belə başlayır? Yollar içrə özünə bir yol seçir. Təcrübəylə bilik yığır kimləşir. Olur fəhlə,alim,həkim dəyişir. Biliklərdə düz olmur əsəbləşir. Kimləşibsə görən düzə çatıb o? Bilikləri sizcə niyə yığıb o? Anlayırsa görən bilik toplayır? Düzlər varsa əlbət rahat yaşayır. Düzü deyil səhvi yığdığ nə oldu? Yalnışlarla aciz ortam quruldu. Bilik gəldi o kənara quyuldu. Daha canlı biliklərin quludu. Acizlikdən qaça bilər kənara? Düz suallar varsa olar ixtira. Doğru cavab görüb azad olunar. Azadlıqsa işıq saçar yoluna. Doğru görən nəyə gərək? Yalnışlardan biz sevinək. Yoxsa yalnış kədər verir? Kədər varsa doğru edir? Niyə edirik sual-cavab? Nə marağlı sual,cavab? Mütləqdir ki,birin seçək? Birin seçdik hanı cavab? Aydın oldu seçim bitdi. Bəlkə fikir yenə seçdi? Niyə seçsin sual həlldi. Aydınlıqda cavab bəlli. Aydındısa düşünürük? Deyin görüm üşüyürük? Əynimizi qalın edək? Bəlkə yenə seçim edək? Azadlığı hardan aldıq? Başqasından soruşmadıq. Olanları biz də bildik. Heç kimə də əyilmədik. Bunlar görən bizdə hardan? Cavabları aldıq hardan? O da görən nədi belə? Görmədikmi yoxsa hələ? Bəlkə bizdə hiss edirik? Olanları keçiririk? Başqa nəcə izləyək biz? Necə aydın öyrənək biz? Cismə verir o məlumat. Qeydiyyatı edir azad. O vaxt ki,bilik toplanır. Qeydiyyatda sual qatır. Bilik adın nəyə verdik? Bəlkə yalnız sözə dedik? Niyə sonra çaşıb qaldıq? Adları qarışıq saldıq. Sözləri niyə yaratdıq? Necə sözə önəm qatdıq. Onu ən başa ucaltdıq. Hissi biz sözlərə satdıq. Sözlər bildik bəs anladıq? Necə sözlərə aldandıq. Sözləri özümüz yaratdıq. İçində aydınlıq axtardıq. Fikri öldürməyə çalışdıq. Onu susturmağla uğraşdıq. Ustadlardan bilik aldlıq. Özümüzü yaman aldatdıq. Hər kəs bizə məsləhət verdi. Özün yüksəklərdə hiss etdi. Elə bildi doğru tapılmaz. Sözlərdən azad olunmaz. Sözlər salıb bizi tora. Fikir gedir ora,bura. Yolu tapmır tordan çıxa. Görən ağıl çıxıb yoxa? Ağıl sözün özün bildik. Bəs özünü görə bildik? Baxaq varmı bizdə həlli? Bəlkə onda çözüm gəldi. Nə zaman ki,çözüm gəldi. İzlədikmi bu nədəni? Bəlkə belə etməmişik? İzləmək nə bilməmişik? İzləməyi diqqət edir. Diqqət var ki,çözüm gəlir. İzləməyə höküm elədik. Mənə istədiyimi gətir. Diqqətə sahiblik etdik. Ona göstərişlər verdik. Məni ağıllı seçdik. Hansı ali biz bilmədik. Mən görəsən nədir belə? Adı,cismi,cinsi bəlkə? Yoxsa istək,seçimdi o? Bəlkə şüur,fikirdirdi o? Bəlkə canlı varlıqdı o? Yoxsa xəyal,obrazdı o? Sizcə canlı arzu edər? Doğru üçün heç düşünər? Həm düşünür,fikir edir. Nədən bu yolları seçir? Doğru olsa çaşıb qalar? Heç seçimə vaxt ayrılar? Düşünməklə yalnışları həll edib? Fikirləşmək yoxsa çözüm gətirib? Bəlkə özün belə yaxşı hiss edir? Niyə onda bu halından incinir? Niyə ancaq doğruları axtarır? Yalnışları yoxsa görüb anlamır? Hər ikisini görən necə yaşayır? Bəlkə hissin sayəsində alınır? Doğruya biz qiymət versək anlarıq. Anlamaqla yol gedibdə çaşmarıq. Doğru nədən gəlir görən anladıq? Bu dünyada sizcə necə yaşadıq? Düşüncələr bizi edir idarə. Doğru olsa olardıqmı biçarə? İzlədikmi doğru görən nədəndi? Düz cavabı bəlkə diqqət gətirdi? Diqqət görən nədən alır cavabı? Doğru,yalnış hər iksini tanıdı. Hiss etmədən diqqət necə yaranar? Necə cismə doğruları anladar? Ruh sözünü söz olaraq öyrəndik. Sözün bildik araşdırma etmədik. Ruh cismin yaşadanı deyirik. Deyiləni görən dərkmi edirik? Ruhla,hissin görən fərqi nədədir? Ölüm gəlir ruh bədəni tərk edir. Deyin görək hissdə cismi tərk edər? Tərk eləsə cism sizcə nə edər? Nəyi necə edəcəyin nə bilər? Görən necə formasını dəyişər? Onda necə keçiləni yaşayar? Yaşadığın keçib necə var olar? Biri sonsuz,biri gəldi gedəri. Biri sevinc,biri verir kədəri. Biri sözsüz,biri yazır qədəri. Biri azad,biri qurur çəpəri. Hiss keçirib başqasına ötürək. Onun necə olduğunu bildirək. O da bilik alıb onu keçirsin. Biliklə o,mümkün olar verilsin? Biliklə biz hissi ala bilirik? Bəlkə onu keçirərək görərik? Görən biz də canlılarla eyniyik? Yoxsa onları necə başa düşərik? Nə bilərik görən o da yorulub? Bəlkə acıb,görən yoxsa susuyub? Fikirləşib cavab necə taparıq? Yoxsa hissdən olanları alırıq? O bizləri bir-birmizə sevdirir. Yalnış etsək onları da bildirir. Bizə izzah edir nələr doğrudur. Yalnışlardan uzaq tutub qoruyur. Doğruları görən bizə kim verər? Yalnız sevən doğruları ötürər. Bizi sevən sizcə yalan danışar? İndi görün onda yalan-yalnış var? Bilikləri görən niyə yığırıq? Sözlər yığıb doğruyamı çatırıq? Sizcə hissdən sözlərimi alırıq? Ondan gələnləri bizmi topladıq? Anlamaq və bilik görən eynidir? Bəlkə onlar bir-birindən fərqlidir? Bilikləri söz olaraq topladıq. Anlamağı sizcə sözdən alırıq? Doğrularsa bizi etmir narahat. Yalnışlardan oluruqmu biz rahat? Yalanlara alqış edib öyündük. Yalnışlarla bizlər aciz göründük. Sözlər bildik dəqiqliqsə yox daha. Yaddan çıxdı təkrar etdik bir daha. Anlasaydıq sizcə bilik toplardıq? Niyə düzü başqa yerdə axtardıq? Yalnışlardan biz çəkirik əziyyət. Həll eləsək çəkərikmi əziyyət? Niyə onda doğrulara baxmadıq? Bəlkə bizlər yalnışdan həzz aldıq? Sevgi,istək bunlar görən eynidir? Görək bəlkə bir-birindən fərqlidir? Sevən özün sevdiyindən ayırar? İstəkdəsə mənlə,o olar. Sevgi istək bir-birinə qarışdı. Vərdiş etdik dil sözlərə alışdı. Elə bildik hər ikisi də eynidir. Anlamadıq hansı nəyə derilir. İstək sizcə biliksiz qurulur? Biliksiz də fikir arzlar tutur? Sizcə fikir sevgi nədir anlayır? Bəklə sevgi hissiyatdan yaranır? Fikir yenə eyni sözü işlədir. Sevgi məndən olduğunu bildirir. Baxaq bəlkə fikir sevgi yaradıb? Fikirləşib sevgi ortaya çıxıb? Fikir necə canlıya yol göstərər? Gəlib ona hiss etməyi öyrədər. Hiss etməyi sizcə fikir keçirər? Hiss olmadan görən necə düşünər? Fikir hissdən gələnləri qarşılar. Gələnlərin içrə seçimlər aparar. Hansı doğru,hansı yalnış ayırar. Yalnış edib sonra doğru axtarar. Fikirləşmək necə gedir izlədik? İzləsəydik nə etdiyin görərdik. Niyə onu ali kimi yaratdıq? Yalnış edib onu önə çıxartdıq. Baxıb görək varlığı nə yaradır? Ona canı verib olanları yaşadır. Verir,alır,keçir cismi anladır. Verən,alan,keçən sizcə ayrıdır? Bir olanı parçalayıb ayırdıq. Sonra parça üzərində çalışdıq. Parçalara ayrılanı birləşdirmək istədik. Amma bunu necə edək bilmədik. Mövzular çox sizcə nədən yazaq biz? Yazılana gərək birgə baxaq biz. Birgə baxsaq sual-cavab yaranar. Belə etsək bəlkə dialoq qurular. Sual cavab sizcə nəyə gərəkdir? Vaxt keçirib könülü xoş etməkdir? Baxaq bəlkə məsləhətlər verməkdir? Bəlkə sonunda doğrunu görməkdir? Yazılanlar yalnış olsa sual ver. Yazan sual verər sənsə cavab ver. Belə edib baxıb görək düz gəlir? Düz gəlməsə təkrar yenə sual ver. Yalnışlardan gəldik cana usandıq. Düzə görə hər yola da əl atdıq. Doğru gəlsə rahatlığa çatardıq. Deyin onda niyə səhvlər buraxdıq? Biz eyniysək deyiləni anlarıq. Ayrı olsaq düzü necə alarıq? Mənləşibdə özümüzü ayırdıq. Ayırandan sonra yalnız qalmışıq. Bu həyatda başqalarla yarışdıq. Yarışlara vərdiş edib alışdıq. Hər yerə də konflikti daşıdıq. Konfliktin sayəsində savaşdıq. Savaşlarsa görən niyə yaranır? Bəlkə onlardan hansı gücü yoxlanır? Güclü sizcə qurulanı oynayır? Qurulanı oynayanda bəlkə zəif yaranır? Heç güclüdə öz gücünü yoxlayar? Yoxsa nəyə sahib olduğun anlayar? Sizcə güclü gücsüzlərlə yarışar? Gücsüzlərlə yarışmağı onu zəif yaradar. Sizcə fəhlə alimlə elimdən danışar? Bəs alim onunla fəlhəlikdən danışar? Heç zəif də güclü ilə yarışar? Anlayır ki,sonunda məğlub olunar. Özün güclü göstərən zəiflikdən utanır. Onu zəif göstərən söhbətlərdən yayınır. Yalan özü yaradıb indi necə düzəltsin? Elə edir heç kim onun yalanların görməsin. Anlayırsa mövzunu özün güclü hiss edər. Onda yalnış varsa bəs özün necə hiss edər? İndi deyin güclü də heç yalnışdan həzz alar? Danışırsa bəs yalan güclü necə yaranar? Danışdığı sözlərin düzü gəlib özünə? Gəlməyibsə nədəndir qəbul edib özünə? Doğru olub-olmayır çata bilir düzünə! Hər ikisi aydındı yalnış deyir çözənə? Pis və yaxşı bir-birindən ayırdıq. Bəs onları görən nədən alırıq? Bəlkə daxildə iki alan yaşayır? Gələnləri biri düz,biri səhvə ayırır? Bəlkə elə hər ikisi də eynidir? Ola bilməz bir-birindən fərqlidir. Necə oldu birin aldım sevindim. O birisin alan kimi pis oldum. O vermədən görən necə yaşarsan? Düzə gedib,yalnışlardan qaçarsan. İstəmirəm səhvi versin,düz yaxşı. Kömək edin silsin yalnış baxışı. Ona necə kömək edək biz? Eynisini ediriksə həmdə biz. Bəs onlara kömək edən tapılmaz? Sual varsa bilki aciz qalınmaz. Sual necə bizi həllə aparar? Sual həmişə düzə görə qurular. Sual varsa hərəkətə başlanar. Cavab yalnız düz olanda dayanar. Sual indi görən necə qurulur? Axı səhvlər hələ də həll olunmur? Sual verir görən necə düz edim? Səhvi görmür düzü özü düzəldir. Düz deyəsən heç lazımlı deyilmiş. Hissdən gələn bizləri də bezdirmiş. İstək varsa daha nəyə lazımdı. Düz yaşarıq əl vurmayın amandı. Kimsə bizə bildiyindən danışır. Sual olur cavabında savaşır. Düzü olsa bizlə görən savaşar? Düz danışan sizcə heç kobudlaşar? Səhv odur ki,çözüm yoxdu özündə. Bəs düz necə çözüm varmı özündə? Düz deyilən səhvi ,düzü anlayır. Bəs səhv görən hansın necə ayırır? Bir mövzunu fərqli insanlar danışır. Sual verdik görən kim düz danışır? Düz olmadan bizlər belə edirik. Bəs düz varsa səhvlə,düzü seçirik? Seçim edir öyrənməyə qarışır. Hələ bir də anlamaqla savaşır. Elə bilir seçib sonra anlayar. Seçim həmşə anlamadan qurular. Seçim olub indi bizə baş tacı. Nə etsək də vermir bizə əlacı. Yaşayaraq yenə seçim edirik. Düzü verən görən kimdi deyirik. Deyilib ki,pislə-yaxşı fərqlidir. Qəbul edib o,da deyir elədir. Sual olur görən necə anladın? Bilik alıb anlamağmı yaratdın? Onu deyən özü görən anlayıb? Bəlkə o da heç düzü tapmayıb? Tapılsaydı sizcə sual qalardı? Yoxsa düzü özü ilə apardı? Axı deyib acıyla-xoş ayrıdır. Biri pisdir,biri isə yaxşıdır. İzləyibmi belə qərar verilib? Ayıraraq bəlkə fərqli deyilib? Ayırıbsa görək düzmü edilib? Düzü görüb sonra cavab verilib? Bəs hər ikisi görən nədən alınır? Bəlkə onlar elə hissdən yaranır? Anlayırsa ikisin necə ayırar? Düzü görən sizcə cavab axtarar? Necə oldu yenə sual yaradır? Səhvi edib indi doğru axtarır? Bəlkə də səhv elə olub ayırmaq? Sonra qalıb ona çözüm axtarmaq. Niyə onda həmişə çözüm axtarır? Parçalanma kimə əzab yaşadır? Ayırandı bəlkə əzab yaşayan? Yaşayandı yoxsa onu duyuran? Biri verir,biri əzab yaşayır. Verən,alan görən nədi tanıyır? Alan elə veriləni yaşayan. Seçilənlər üzərində yoxlanan. Aydınlığı yaşamıyla bildirən. Doğru-yalnış hər ikisini göstərən. Bəs verəni görən necə tanıyır? Verən yollar içrə seçim aparır. Seçim edib yaşayana səslənir. Nə etsə də cavab ondan gözləyir. Alan ilə verən indi fərqlidir. Biri canlı,biri isə gəlmədir. Canlı hissdir əlbət də ki,elədir. Deyin görək gəlmə bizə bəllidir? Gəlmə yəqin yaşayandan olmayan. Gəlib onun yaşamını korlayan. Olanları ötürərək boş sayan. Ötürəndən sonra sual yaradan. Nədir görən olanları boş sayan? Keçiləni yaşamadan qaçıran. Yol göstərir deyir doğru məndədir. Yalnışları biliklərim həll edir. İdeyalar verir beynə and içir. Səni düzə apararam bildirir. Beyin qulaq asır ona aldanır. Bundan sonra olanlara baxmayır. İdeyanı beynə görən nə verir? İddiası faktlaramı söykənir? Yoxsa elə faktlardanmı usanır? Faktdan bezib ideyalar yaradır. O nədir ki, yaşamağdan usanır? Fərqli şeylər axtarmağa başlayır? Obraz seçir,idiallar yaradır. İdialı quran zəif obrazdır. Zəif yalnız güclü obraz yaradır. Özün əzib başqaların ucaldır. Aciz olub sonra yalan yaradıb. Özü necə zəif kimi yaranıb? Nəyə baxıb acizliyi yaranıb? Baxdığında deyən çarə tapmayıb. Çarə versə özün aciz görərdi? Fikir onu görən hara yönəltdi? Düşünərək doğru görən tapıldı? Sözlər ilə onu yoldan çıxartdı. Seçib sözlər doğrunu axtardı. Necə onu səhv yerə apardı? Anlayıbmı doğru görən hardandı? Yoxsa fikir ona yollar yaratdı? Yaratdığı yollar necə qurulur? Aydın olmur sonra fikir olunur. Fikir özü kimdən alır məsləhət? Yoxsa özü verir beyinə zəmanət? Bəlkə sözsüz ona gəlir hərarət? Demək fikrə sözlər verir dəyanət. Sözlər görən niyə yığıb berinə? Sonra qalıb onun verən rəyinə. Aydın olan yerdə sözlər yığılır? Aydın olmur sonra sözlər toplanır. Bəs hissiyat necə qalıb kənarda? Bəlkə bizə lazım deyil həratda? Lazım olsa ondan doğar hərəkət. Daha sözə etməz özün əmanət. Niyə özün versin hissə əmanət? Fikirləşmək verir ona cəsarət. Sözlər onun ürəyinə yaxındı. Tərifləyin doyub bəlkə dayandı. Təriflənmək arzusudu həyatda. Fərqliliklər edir alqış alanda. Özün belə daha yaxşı hiss edir. Özün fərqi göstərməkdən sevinir. İndi görən niyə rahat yaşamır? Zəyiflikdən bezib yollar axtarır. Acizlikdi utanc yeri duyğuya. Duyğunusa bilik qoyub kənara. Yaşayanın cavab verir yerinə. Gəlib sözlə təzyiq edir beyinə. İstədiyim nədir sən ki,bilməzsən. Seçdiyimi birdən mənə verməzsən. Təzyiqlərə beyin dözmür yorulub. Rahatlığı nə verirsə unudub. Cavab tapmır suallarda boğulub. Biliklərdən cavabları qurulub. İndi görən əziyyəti verir nə? Söz axtaran varır düzün fərqinə? İzləmədən fikir cavab yaradır. Əziyyəti tənbəl hissə yaşadır. Tənbəl deyir bilikləri yığana. Açması var düz verilib ad ona. Bilikləri yığmayıbsa nə edər? Əlbətdə ki,olanları izləyər. İndi daha olanları izləmir. Ona görə anlamaqda işləmir. Sözlər varsa niyə vaxtın itirsin? Düzüb-qoşub,daha vaxtın keçirsin. Deyiblər ki,yalnız düzə bax yaşa. Səhvlərəsə göz yumaraq sən yaşa. Çıxmır sözdən ömrü vurubdur başa. Aydınlıq yox indi düşüb təlaşa. Gec olsa da bəlkə nəsə düzələr? Görən bundan sonra ona güc gələr? Yaratdığı qəhrəmanlar tənbəli də yox edər. Oysa yalnız xəyallarda qəhrəmana dönüşər. Güc mənbəyi olub ona xəyallar. Tərk eləməz özgələrə yalvarar. Zəyifliyi görən necə başlayıb? Acizliksə elə sözdən yaranıb. Niyə sözlər toplamağa başladı? İzləsəydi deyin görüm çaşardı? Tənbəllikdən qulaq asdı hər sözə. Çarə tapmır indi dönüb acizə. Deyib mənə əlbət kömək edərlər. Söz deyərlər mənə düzü verərlər. Anlamadan verib belə qərarı. İndi olub zindan ona həyatı. Çıxa bilmir daha məhkum olunub. Məsləhətlə güclü zindan qurulub. Nə etsə də vərdişi söz toplamaq. İşi olub özgələri qınamaq. Qınamaqla ömür keçir,doğru yox. Məhkum özü hakimdənsə xəbər yox. Qorxu qoymur yeni gəlsin yaşasın. Keçmiş özü necə yeni yaratsın? Yeni odur keçmişlə yox əlaqə. Keçmişdəsə varmı görən səliqə? Varsa niyə sualları yaradır? İndi keçmiş olanları qınayır. Keçmiş bilik,bəlkə doğru deyilmir? Həm xatirə,həm bağlılıq,istəkdir. İşi gücü yalnız onun söhbətdir. Anlamağı düşünür ki,bilməkdir. Düşünərək hər bir anı ötürüb. İzləməksə iki yerə bölünüb. Biri məndən,biri hissdən gələnlər. Bu sözləri sizcə doğru deyirlər? Mən hiss etdim,bu sözləri işlədir. O yoxdusa görən necə hiss edir? Var olanı öz adına keçirib. Özün güclü göstərərək sevinib. Nədən özün güclü kimi göstərir? Oxşanmağı,sevilməyi arzulayır,istəyir. Heç kəs ona diqqət etmir incinir. Sonra xoşa gəlmək üçün fərqlənir. Fərqlənməksə başqa neçə qurulur? Başqalarla yarışlara qoşulur. Nəsə var ki,yarışları xoşlayır. Diqqətsizlik bəlkə bunu başladır? Anlamağın özü əlbət fərqlənir. Narahatlıq yox ki,daha tələsmir. Niyə qaçsın çarə onun özündə. Onu görər yalnız çözüm gələndə. Çözüm gəlir deyir onu mən etdim. Necə görsün sözü deyib mən etdim. Daha baxmır yaşananlar hardandır. Cavablarda həmşə özü başdadır. Mən bilirəm,deyir həmşə o sözü. Nə etsə də ölçü verən o özü. Ölçəcəyi tutur həmşə bir gözü. Tərəzinin bir gözündə o özü. Ölçülənə necə qiymət verilir? Sevəcəyin ölçüb sonra bəyənir. Ölçənəsə xoş gəlməsə istəyir? Sevə bilmir sonra sevgi yox deyir. Sevgi indi seçilmlərə deyilir. Seçmək yalnız seçən üçün edilir. Seçən onu özü üçün istəyir. Sevgininsə dəyərini bilməyir. Gəlib beyinə yaşayanı qınayıb. Düşünərək sonra məntiq yaranıb. Sual verir cavabların gözləyir. Cavablarsa sözsüz gəlir izləmir. Elə bilib cavabında söz gələr. Anlamır ki,sözü yalnız o deyər. Söz yaradan hər şeyə də ad qoyur. Yalnız sözü əzbər edib qoruyur. Sözlər yaddan çıxşa olur narahat. Düşünür ki,tapsa olar o rahat. Çoxlu sözlər bilir yenə anlamır. Anlamaqsa heç sözləri aramır. Deyir sevdim məni sevən olmadı. Dəyər verdim heç ona da baxmadı. Elə bilir qarşıdakı nadandır. Sual qurub cavab özü yaradır. Qarşıdakı görən ondan fərqlənir? Elə o da veriləni biliklərlə izləyir. Bir-birinə sözlər ilə yanaşır. Sözlər görən sevgi necə yaradır? Hissdən söz yox,səslər yaranar. Anlayanda fikir sakit dayanar. Qiymət nədən gəldiyini anlayar. Öz yerində çalışmağa başlayar. Necə sakit dayansın ki,sual çox? Bilikləri əldə edib cavab yox. Daxilində təlatümdü dinməyir. Sakitliyə necə çatsın bilməyir. Ağrı çəkir,dindirməyə çalışır. Bu halıyla hər kəs ilə dalaşır. Nədən ağrı yaşadığın anlamır. Ağrı ilə mübarizə aparır. Həkimlər də belə etsə nə olar? Deyin görüm sağlam insan tapılar? Yaxşı ki,ağrıların səbəbləri aranır. Çarəsizsə həmşə boş söz danışır. Səhvi elə başlanğıcda buraxıb. Canlını aciz görüb,qınayıb. Biliklərlə məni güclü yaradıb. Yalnış edib sonra ümüd yaradıb. Hər çətinə düşən kimi nə etdi? Səhvi deyil,görən nəyi izlədi? Ağrı çəksə izləyərdi səhvləri. Sonra deyir doğru niyə gəlmədi? Olanları görən özü izləyib? İzləyibsə niyə doğru gəlməyib? Demək onda boş sözləri söyləyib. İzləmədən izləmişəm bildirib. İndi deyin görən kimi aldadır? Yalanları məharətlə danışır. Necə belə yalanlarla yol gedir? Nə desə də onsuz heç kim anlamır. Yoxsa necə yalanları danışar? Danışdığın yalan görsə utanar. Necə görsün doğrularsa yox daha. Sevgi gəlib deyər ona dur daha. Sevgi necə gəlib ona dur deyər? Sevən yalnız sevdiyinə düz verər. Deyin görüm yalançını o sevir? Yoxsa onun etdiyindən incinir? Zərər alan yəqin işə girişir. Sevən özü yalnışları düzəldir. Sevgi yoxsa kömək edən tapılar? Sevən yalnız doğruları anlayar. Nə seviblər nə sevilə biliblər. Düz deyilsə,bu sözlərdən incinər. Bəs eləsə özün necə hiss edər? İndi deyin səhvlər necə düzələr? Zərər çəkən olanları izləyər. İzləyərək səhvi görər düzələr. Yalnışlardı onu aciz göstərən. Xəbər tutsa onda ali görünər. Yalnışları yalnız sevgi izləyir. İnsanlarsa onu eşqə bənzədir. Sevginin adlarısa fərqlidir. Adlardan görən hansı sevgidir? O sözlərin içində var bağlanmaq. Biri istək,biri seçim,xoşlanmaq. Fikirləşib obraz qururub yaradmaq. Sonra onu axtarmağa başlamaq. Elə bilir bağlılıqda sevgidir. Bağlanmaqsa seçənin əl işidir. Seçim edir olanları ayırır. Müqayisə sonucunda birinə bağlanır. Müqayisə edir düzlə,səhvi tanısın. Bilik yığır onlar yaddan çıxmasın. Bilsin hansı pis,hansı yaxşı. Biliklərdən vərdişləri başladı. Təkrar edir vərdiş yaddan çıxmasın. Bağlanaraq kim olansa çaşmasın. Yaddan çıxsa qürrələnib danışar? Ona görə təkrar edib vərdişlər yaradar. Anlamadan girir belə oyuna. Vərdişlərdən çıxa bilmir kənara. Vərdişlərdən gəlib cana usanır. Düzü görmür yenə təkrar başlayır. Həyat olub eyni yolda yürümək. İşi olub yeniləri diləmək. Bu cür yaşam arzuları yaradıb. Sonra deyir arzu məni ucaldıb. Nə etsə də yenə həmin adamdı. Bezib artıq düzə çatmır dayandı. Aciz özü obrazları yaratdı. Vərdişləri yol tapmadı çoxaltdı. Daxilində əzab çəkir sıxılır. Ona görə cavabları axtarır. Nə etsə də doğru cavab tapılmır. Əzab çəkən yenə düzü axtarır. Daxilində onu nədir incidən? Yalnışlardır narahatlıq gətirən. Yalnışlardan elə əzab çəkilir. Əzab çəkən özün güclü göstərir. Əzab çəkən özün fərqli göstərir. Özgələrə çarələri öyrədir. Sual versən cavabında hirslənir. Sual düzgün olmadığın bildirir. İnsanlardan indi bizlər qorxuruq. Nə etsələr daha məhəl qoymuruq. Bilirik ki,cavabları qəzəb,döyüşdü. Baş qoşmadıq yalan belə böyüdü. Birdə bu var düzləri biz görmədik. İnsanlara kömək edə bilmədik. Ona görə bu yaşamdan bezmişik. Düzlər gəlsə onda rahat edərik. İnsanlarsa özünə vaxt ayırır. İstəkləri necə gəlir anlamır. İstədiyi görən kimə gərəkdir? Yoxsa ancaq özü üçün istənir? Hər kəs deyir məni rahat buraxın. Nə etsəm də sizlər ona baxmayın. Etdiklərim mənə elə xoş gəlir. Mənim könlüm ancaq belə dincəlir. İndi hər kəs ancaq özün düşünür. Düşüncədə sevgiyə yer görünmür. Düşünməyin əlbət vardır səbəbi. Sevilsəydi belə qərar verməzdi. Anlayır ki,onu sevən olmayıb. Ona görə sevgiyə yer qalmayıb. Necə sevsin ona diqqət edilmir. Düşünərək belə yollar seçilir. Yalnış yoldan görən bizlər bezmişik? Deyin nədən doğruları görmədik? Bəlkə bizə yalan elə xoş gəlir? Çünki yalan özgələrə söylənir. Özünəsə yalan desən incinir. Ancaq onu vermək üçün gecikmir. Sonra deyir,sizləri mən sevirəm. Düz deyirəm,istəsəz and içərəm. Yalnız sevən düz bildiyin ötürər. Düz yoxdusa,mən bilmirəm söyləyər. Deməz boş söz yalanları ötürməz. Özün bizdən ağıllı göstərməz. Dürüst olan səhvdən kədər keçirib. Yalan deyən sizlər deyin neyləyib? İzləmədən necə kədər keçirib? Yalanlarla əylənərək sevinib? Düz olmadı deyin onda nə edib? Yalanların görən yoxdu sevinib. Sözlərinə qulaq asıb onu önə çıxartdıq. Bizdə doğru olan kimi nəticəni çıxartdıq. İzləyəndə,doğru yoxsa neyləsin? Danışana qulaq asıb o,bilsin? Anlayanda səhvi,düzdən ayırar. Anlamadan fikir rahat buraxar? Düşünərək indi seçim yaradır. Anlamadan fikir düzü axtarır. Düz gəlmədən etdikləri hansı səhv. Necə bilsin hansı düzdü,hansı səhv? Yaşayanı görsə cavab tapılar. Fikir daha öz yerində çalışar. Anlamaqsa ona cavab tapdırar. Anlamasa yenə fikirlər yaranar. Anlamağı görən nədən alırıq? Necə oldu düzü,səhvi tanıdıq. Yoxsa bunu özümüzmü yaratdıq? Onda niyə cavabları tapmadıq? İzləyənsə düzləri heç görmədən, Qəbul etdi doğrusunu bilmədən. Olanları izləmədən suallar yaradıb. Qaça bilməz əzabını yaşayıb. Əzab çəkən daxilinə baxaraq, Tapdığı yol vərdişləri qınamaq. Toplayanda səhvlə,düzə ayırmaq, Vərdişidir anlamadan müqayisə aparmaq. Bilmədikdə düzlə,səhvi ayıra, Gücü çatmır bu yükü də daşıya. Ona görə yalnız bilik toplamaq, Çarəsidi düzlə,səhvi ayırmaq. Biliklərdən düzlə,səhvi anlayır? Yoxsa elə hər ikisin yaşayır? Yaşamadan necə fərqi anlasın? Biliklərlə çətin cavab tapılsın. Yaşamaq nə sualının cavabı. Bizlər üçün bir imtahan sınağı. Anlamadan fikir verir sualı. Doğrularsa hissin verən cavabı. Biliklərlə tapa bilməz cavabı. Aydınlıq,hissiyatın yaşamı. Hissiyatı alan nədi bilirik? Mən alıram bu cavabı veririk. Mən deyəndə nəyə vurğu edilir? Hissiyata,yoxsa cismə deyilir? Deyir əlim çatmır onu götürəm. Deyin görək hansına mən deyirəm? Aynada o,necə özün tanıyır? Nəyi görüb ona cavab yaradır? Bu da mənəm ifadəni işlədir. Elə bu da formasına deyilmir? Bəs biliklər onlar nəylə toplanır? Hisslə,yoxsa ölçülərək yığılır? Ölçmədən də bir-birindən ayırar? Ayırmadan necə sözlər yaradar? Fikir bəlkə sərhədləri yaradır? Cismə nisbət ölçüb,çəkib,tarayır. O böyükdü,bu balaca deyəndə. Ayırmağı ölçən edir beyində. Beyinin də vardır elə sərhədi. Fikirlərsə o beyinin söhbəti. Fikirləşmək müqayisə mərkəzi. Müqayisə hədəfləri ölçməsi. Adı,yeri cismə görə bilinir. Varlı,kasıb mal həcminə deyilir. Arzu,istək,seçim,vərdiş edilir. Ölçən var ki,fərqlənməyi istəyir. Ölçüb sonra arzulayır dəyişmək. Onun üçün yaşam olub fərqlənmək. Yaşayandı fərqliliyi göstərən? Fikirlərdir yoxsa onu gətirən? Anlamağı biz fikirdə bilirik. Anlamadan belə qərar veririk. Ona görə doğru hələ gəlməyib. Yalnışısa,öyrənmədən öyrənmişəm gətirib. Yalanısa görən niyə danışıb? Anlamadan anlamışam görən necə başlayıb? Nəsə var ki,yalan demək yaranıb. O nədirsə deyin kimsə anlayıb? İnsanlarsa deyir bizdə düzü var. Sual gəlir cavabında qəzəb var. Suallardan necə qəzəb yaranar? Düzlər varsa özün belə aparar? Soruşulur qəzəb necə yaranır? İzləmədən yenə cavab yaradır. Qəzəbləndi,niyə ona baxmadı? Necə gəldi,nədən görən başladı? Anlamadan özün fərqli yaradıb. Onu elə yalanları,uçuruma aparıb. Deyir faktlar mən varam ki,yaranır. Olanları görən mənmi yaşayır? Yaşananı mən yaşadım bildirir. Anlamağa mən çataram söyləyir. Nə görsə də,onlara da bağlanıb. Deyir onlar mənim üçün yaranıb. Bu baxışı genişlədir,artır. Sonra bundan çıxış yolu axtarır. İndi deyin çözümü kim arayır? Yalan kimə əzabları yaşadır? O deyir ki,əzabın mən yaşadım. İstəklərim verilsəydi heç qəzəb yaşardım? Günahkarı başqa yerdə tapıb o. Anlamadan yalanlara qanıb o. Yaxşıları öz adına çıxarır. Yalnışları başqa yerdə axtarır. Nə qədər də axtarılsa tapılmır. Bir mən qalıb onasa heç baxılmır. Niyə baxsın düzlər elə özündə. Ona görə səhvi görmür özündə. Məni çözsə yalnışları anlayar. Məni yalnız sevgi sona çatdırar. Sevgi sözün əzbər edib söyləyir. Sözlə hissi görən necə keçirir? Sual olur sevgi nəyə deyilir? Bu suala bilik cavab gətirir. Bəs sualar görən nədən yaranır? Düzdən,yoxsa səhvlərdən başlayır? Bunu görsə cavab gələr özünə. Yalnışları niyə yığıb beyinə? Yalnışlarsa işıq saçmır könlünə. Əzab çəkir doğru gəlmir hələ də. Doğru gəlsə deyin görüm anlamaz? Nura çatsa yalnış,doğru tanımaz? Kimsə görsə doğruların özünü. Çarə verər,deməz boş-boş sözünü. İnsan niyə söz deməyə tələsir? Sözlərlə düzün onda olduğunu söyləyir. Elə bilir doğruları söz verir. Ona görə bilik yığıb söz deyir. Anlayanda görən bilik axtarır? Niyə onda olanlara baxmayır? Çözüm gəlmir,hər gün bilik çoxaldır. Bilikləri təcrübəylə qazanır. Təcrübələr ona həyat sınağı. Sınağlarsa olub onun sualı. Ona görə yeni baxış yaranmır. Bilik köhnə,fikir ondan dolanır. Yeni sözlər yaratsa da fərqi yox. Düşünən üçün yeni sözün həlli yox. Sözlər elə yaranıbdır biliklə. Yeni sözlər yalnız onun dilində. Fikir,bilik ilə yeni sözlər yaradır. Çünki,fikir köhnələrlə yol tapmır. Baxa bilmir sözdən kənar yaşama. Bu yanaşma cavab tapmır heç ona. Anlayırmı düz olmadan nə edir? Fikirləşib doğru,yalnış o seçir. İzləməyə doğru,yalnış qarışır. Olanları anlamağa çalışır. Anlayıbmı belə qərar alınıb. Yoxsa elə dərk etmədən yaranıb? Anlayaraq doğru,səhvdən ayrılar. Anlamadan düz cavabı kim tapar? İnsanlarsa deyir həllə çatarıq. Fikirləşib bizlər cavab taparıq. Nə etsə də yenə doğru gəlməyir. Çünki insan yaşamı düşünərək izləyir. Yaşasa da,olanları anlamayıb ayırır. Ayıraraq onlara fərqli adlar yaradır. Çox biliyə sahib olan o aqil. Az biliyə sahib olan o cahil. Bu yanaşma görən necə yaranıb? Anlayaraq bu baxışa varılıb? Anlamağı bir çox yerə ayırıb. Sonra isə anlamayan yaradıb. Anlamamaq görən varmı həyatda? Yoxsa yalnız anlamağdı ən başda? Hiss etməkdi bəlkə anlam gətirən? Hiss etməmək,belə bir şey var görən? İnsanlarsa izləmədən boş sözlər danışır. Anlayanı alçaldaraq axmaq kimi tanıyır. Nə oldu da hiss edənlər belə zəif görüldü? Necə oldu başqasına aciz deyib öyüldü? Yoxsa bunu biliklərə bağlananlar söylərir? Bəlkə aciz onun kimi hiss edənə deyilir? Nədən belə qiymət vermək yarandı? Nəyə görə alçaldılmış sözlər insan yaratdı? Canlıları yaşadanın hiss olduğun anlayıb? Yoxsa ayrı olduğların fikirləşib alçaldıb? İnsanlarsa dərk etmədən söz deyir. Doğru bizdə olduğu bildirilir. Doğru cavab tapılıbsa,nədir görən insanlıq? İnsanlığı hissdən kənar görən nədən alırıq? Kim deyər ki,necə insan olunar? Canlı özü olanları başqa necə anlayar? Nə bilər ki,görən necə davransın? Necə etsin və ya necə dayansın? Hissdən başqa hər şeyə də baxılıb. İnsan onu görmək üçün biliklər axtarıb. Düzgün sual versə görən heç çaşar? O olmadan cism necə var olar və yaşayar?
·
313 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.