Gönderi

Mən elə hacı tanıyıram ki, özünün heç bir zada etiqadı olmaya-olmaya Məkkəyə müşərrəf olur və gedən zaman avam soruşanda ki, filankəs, eşitmişəm Həccə gedirsən, deyir: “Gərək insanın başı bir yerə bağlı olsun, yoxsa bir para təbiilər kimi, heç zada inanmamaq adamı başıaçıq qoyar”.
Sayfa 110 - Şərq-Qərb nəşriyyatıKitabı okudu
·
247 görüntüleme
Müjgan Ahmedzade okurunun profil resmi
"Amma bunun əvəzində, özü kimi bir laməzhəbə də rast gələndə deyir ki, gedirəm Məkkəyə məhzi görüm bu nadanlar, bu vəhşilər ki, hər tərəfdən ora cəm olurlar, nə hoqqabazlıq eləyirlər. Bizim hacıların içində bu cürüləri çox-çoxdur və əlavə elələri də var ki, üç-dörd yüz manat xərc qoyub Məkkəyə gedəndə və Allah əcəldən aman verib salamat qayıdıb gələndə, öz yerində Məkkənin xərcini bir ildə çıxardır. Gündə min dəfə “getdiyim beytə and olsun" deyib malı birə üç qiymətə satır və çox olur ki, on Məkkə xərcinə bərabər bir əmanət gətirib tapşırırlar ona, salır içəriyə, əmanət sahibi cınqırın çəkəndə camaat yığışıb ağzın-burnun əzirlər ki, sən niyə hacıya şər atırsan və böhtan deyirsən?"
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.