Gönderi

Qızıma
Dinlə sözlərimi, yaxşı qulaq as İnsan bu dünyada qonaqdır, qızım. Şan-şöhrət, var-dövlət, bəzək-düzəklər Bu gün var, sabah yox, sınaqdır, qızım. Ətrafa boylanıb bir göz gəzdirsən, Nə qədər hikmətlər, sirlər görərsən. Toxum səp, meyvəsin mütləq dərərsən Zəhmətin bəhrəsi dadlıdır, qızım. Sadə ol, sadəlik ucaldar səni, Gözəl duyğularla bəslə qəlbini, Bir xoş söz dost edər qəddar düşməni. Yaxşı dost insana arxadır, qızım. Danışmaq istəsən, əvvəl düşün sən, Yalan söz çıxmasın heç vaxt dilindən. Uzaq ol böhtandan, şərdən, hiylədən, Yaxşılıq qapısı açıqdır, qızım. Söz verib sözünü tutanlardan ol, Məzluma köməyə qaçanlardan ol. Oxumaq həzzini duyanlardan ol, Vaxtın boş keçməsin, amandır, qızım. © Vüqar Adilov
··
543 görüntüleme
Möcüzə okurunun profil resmi
Vayyy, nə qəşəngg şeirdirrr😍😍😍
Nahid okurunun profil resmi
Belə Atalarımız var bizim 🌻
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.