Gönderi

68 syf.
8/10 puan verdi
·
Beğendi
Korlar ölkəsində yazar fərqli olanın necə başqaları tərəfindən qəbul edilmədiyini fantastik bir hekayə tərzində bizlərə göstərib. Mənə görə fərqlilik həm bizlərə verilən ən böyük yaxşılıq həm də doğru insanlarla qarşılaşa bilməyəndə ən böyük əziyyətimizə çevrilən bir nemətdir. Hamımızın həyatında bir dəfə də olsun hiss etdiyi bu duyğu bu kitabda insana xas olan görmə qabiliyyətinin təmamilə inkar edən insanlar ilə yenidən bizlərə yaşadılıb. Belə ki, özümüzü bir anlıq baş rol yerinə qoyub eyniylə kitabın başında olduğu kimi, bu qədər önəmli gördüyümüz bu qabiliyyət ilə hətta onların kralı ola biləcəyimizi düşündüyümüz andan əslində gözlərimizdən əl çəkib onlar kimi olmalıyam deyəcəyimiz ana qədər enirik. Çünki fərqli olan insanlar tərəfindən qəbul olunmur. Çünki fərqli olan bir möcüzə kimi deil də bir fəlakət və yük olaraq qəbul edilir. Bu nə qədər fantastik bir hekayə də olsa insanların etdiyi bəlkə də ən bioloji olan hissdir. Amma biz insanlarda bu bioloji tərəflərimiz ilə yanaşı sosial və fərdi individual tərəflərimiz də var ki, əslində bunlar bizi heyvanlardan fərqləndirən tərəflərdi. Sözümün canı biz heyvanlanlardan fərqli olaraq bu bizə görə "zəif" olanı kənarlaşdırmamalı onu hər halı ilə qəbul etməliyik. Amma təbii ki, bu inkişaf etməmiş və üstəlik inkişafdan qorxan insanların heç vaxt qəbul edə bilməyəcəyi bir şeydi. Eyniylə bu kitabdakı Korlar ölkəsi insanları kimi. P.S. (SPOİLER) Kitabda ən gülməli olan bilirsiz nədi eyniylə gerçək dünyadakı kimi bir nöqtə bu Korlar ölkəsindəki insanları guya ki, bu yeni görən baş rolumuzu qəbul edirlər. Amma gəlin görün ki, bir nöqtədə bu qəbullanılmış insan eyniylə onlar kimi sevdiyi insanla bir yuva qurub yaşamaq istədiyi dəqiqədə yenidən kənarlaşdırmalı olan o, insana çevrilir. Və hələ bu da azmış kimi çox önəmli soylarını kirlədəcəyini deyib onlardan biri ilə evlənməsinə icazə vermirlər. Ancaq qarşı tərəfin yəni qadının israrlarına dayana bilməyən atanın ölkənin ağ saqqaları sayılan böyüklərə etdiyi müraciətdə. Anında fərqli olanı eyniylə onlar kimi etməyin yolları axtarılır. Bu isə onları yenidən bu fərqliliyi qəbul etmədiyini "düzəltməyə" çalışdığı gülünc bir vəziyyətdi. Eh nə deyim elə bil illər keçir amma insanlar dəyişmir. Daim fərqli olanlar elə fərqli kimi də sayılır :(
Körler Ülkesi
Körler ÜlkesiH. G. Wells · Kolektif Kitap · 20182 okunma
·
63 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.