Gönderi

...Ümidlə həyata göz açar insan, Bu gidi dünyaya gəldik ümidlə, Ümid zirvələrə gedən nərdivan, Ucaldıq ümidlə, endik ümidlə. İnsan ömr eləyər, guman içində, Vurnuxar yaxşıyla-yaman içində, Döyüş meydanında, al qan içində Ölümün üzünə güldük ümidlə. Sevdik bu həyatın başdaşını da, Haqsız tənəsini, alqışını da, Ümidi dəfn edən göz yaşını da, Nəyəsə inanıb sildik ümidlə... Sınmadıq zamanə evlər yıxanda, Düşmən dost cildində oda yaxanda, Ən böyük inanc da puça çıxanda, Sonuncu ümidi böldük ümidlə. Dünya səksəkəli öz məhvərində, Qopub ulduzlar da qalmır yerində, Ən ağır, dözümsüz bəd xəbərin də, Xəbərin biləndə- bildik ümidlə.
Sayfa 166 - ÜMİDLƏKitabı okuyor
·
31 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.