Gönderi

80 syf.
·
Puan vermedi
Anton Çexovun qələmindən oxuduğum 2-ci hekayədir. Anton Çexov birnəfəsə oxunacaq bu əsərində də hər dövrə aid olan bir problem qaldırmışdır. Baxmayaraq 15 səhifəlik bir hekayədir, sizi bir müddət düşünməyə, müşahidə etməyə, axtarmağa vadar edir. Əsərdə hadisələri Burkin adlı obraz təsvir edir, hekayədə isə hadisələr Belikov adlı obrazın ətrafında cərəyan edir. Əsəri bitirdikdən sonra dərin nəfəs alırsan. Maraqlı budur ki, hər birimizin həyatında Belikov kimi insanlar olub, olacaq. Hətta deyə bilərəm ki, bəzən biz özümüz də Belikov kimi sərhədlər çəkirik, açığı mənim özüm üçün təyin etdiyim bu cür qaydalar var. Belikovdan fərqim isə bunun yalnız öz üzərimdə tətbiq etməyimdir, Belikov isə bunu bütün cəmiyyətə aid edir, onla həmfikir olmayanları aşağılayır, səviyyəsiz kimi başa düşür. Belikov doğrunun, gerçəkliyin nisbi olduğunu, ona görə yanlış olanın başqası üçün doğru sayıla biləcəyini anlaya bilmir, anlamır demirəm, çünki məncə o çalışır, istəyir onlara ayaq uydursun, ancaq o qədər qaydalar onun ruhuna işləyib ki, onlardan qurtuluşu yoxdur, qurtula bilmədikcə də öz qılafına sığınır. Təsəvvür edin, adam istənilən hava şəraitində çətirlə gəzir, paltosunu çıxarmır ki birdən hava onu hazırlıqsız vəziyyətdə tutar. Necə də qorxuncdur, hər şeyi ən kiçik detalın qədər düşünən, fikir vərən biri olmaq. Belikovun qaydalarından bəzilərini mənim də həyatımda tətbiq etdiyimi gördüm, sonra da fərq etdim ki, yaxşı ki mən Belikov qədər ifrat dərəcədə manyak deyiləm.
Qılaflı Adam
Qılaflı Adam
Anton Çehov
Anton Çehov
Qılaflı Adam
Qılaflı AdamAnton Çehov · Parlaq İmzalar · 202410 okunma
·
105 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.