Gönderi

352 syf.
8/10 puan verdi
·
14 günde okudu
Heç bir şey göründüyü kimi deyildir
Alex Michaelides
Alex Michaelides
'in oxuduğum ilk kitabı
Sessiz Hasta
Sessiz Hasta
olmuşdu.
Sessiz Hasta
Sessiz Hasta
'dakı sirli hadisələr, axıcılıq və ən sondakı tərs-köşə o qədər xoşuma gəldiki yazarın növbəti kitabını oxumağa başladım və yaxşıki oxudum dediyim kitablardan oldu. Ayırdığım vaxtın əsla boşuna getdiyini düşünmürəm. Hekayə oxucunu öz təsiri altına alır və davamını oxumaq üçün özünə cəlb edir ki, məncə bu uğurlu bir nəticədir.
Sessiz Hasta
Sessiz Hasta
'nı oxuyarkən sondakı tərs-köşə məni şok içində qoydu.
Yitik Kızlar
Yitik Kızlar
'ı oxuyarkən bilirdimki buradada tərs-köşə olacaq və hekayədəki ipucularından qaçmağa çalışırdım. Lakin hekəyəni oxuduqca ipuclarının təsiri altına düşdüm, hər şey o qədər inandırıcı idiki başqa bir son düşünmək mümkün deyildi, hələki hekayənin öz sonu 40il keçsədə ağlıma gəlməzdi. Düzdür mənə görə bu son biraz absurd oldu amma yenədə kitabın təsirinə heç bir xələl gətirməmişdi. Hekayənin mövzusu haqqında qısa danışmaq istəyirəm Həyat yoldaşı Sebastianı faciəvi şəkildə itirən psixoterapiya mütəxəssisi Mariana onun ölümündən sonra yaşayan bir ölü olmuşdur. Hər gün Sebastianın əşyalarına baxaraq xoş anlarını və onun ölümünə səbəb olan uğursuz səyahəti xatırlayırdı. Bir gün Cambridgedə təhsil alan qohumu Zoedən zəng gəlir və Cabridgedə baş verən dəhşətli hadisəni danışaraq dəstəyinə ehtiyyacı olduğunu, onu yanında istədiyini söyləyir. Zoenin yaxın dostu Tara amansızca qətlə yetirilmişdi. Telefon danışığından sonra Mariana hazırlaşır və Cambridge'ə doğru yola düşür. Zoe onun üçün çox dəyərli idi Sebastianın ona əmanəti idi. Mariana başına gələcək dəhşətlərdən xəbərsiz şəkildə Cambridge'ə gəlir və hadisənin izinə düşməyə başlayır. O müəyyən ipuclar əldə edərək cinayətkarın professor Edward Fosca olduğu qənaətinə gəlir. Başqa bir ehtimal düşünə bilmir çünki əldə etdiyi ipuclar çox inandırıcıdır ancaq hardan bilsinki onlar sadəcə əsas cinayətkarı gizlətmək üçün planlanmış oyundur. Mariana hadisələri araşdırarkən daha 2 qız qətlə yetirilir və hadisələr dahada qarmaşıq, qorxunc hal almağa başlayır lakin Mariana fikrindən dönmür. Ancaq əlində olan ipuclarla heç kəsi inandıra bilmir. Mariana sonda gerçəklərlə üzləşir və artıq həyatı təhlükədədir növbəti qurbanın özü olduğunu bilir. Öyrəndiklərinə inanmaq istəmir və ölümə doğru addımlayır... İllərdir sevdiyi insan tanıdığı qədər məsum deyilmiş, əbədi bildiyi sevgiləri sadəcə Marianaya qalan miras üçün imiş....
Yitik Kızlar
Yitik KızlarAlex Michaelides · Domingo Yayınevi · 20225 okunma
·
105 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.