Gönderi

Səni Allahımın əlindən alıb Asaram sinəmdən ürək yerinə. Bu eşq soyumasın deyərəm heç vaxt Yazsan günahımı mələk yerinə... Mənim nəfəsinə ehtiyacım var, Əssin dan yerindən külək yerinə. Dolsun gözlərimə Ay işığıtək, Qoxlayım sübhədək çiçək yerinə. Yanğımı soyudan sərin suyumsan, Ya da bərəkətim çörək yerinə. Daha taleyindən danışma mənə, Toxunma qəlbimin kövrək yerinə!
Sabir Rüstemhanlı
Sabir Rüstemhanlı
··
641 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.