Gönderi

Əvəz bilirdi ki, nə vaxtsa prezidentlə görüşəcək. Prezident onu tərifləyəcək, ev verəcək, yaxasından orden də asacaq. Ancaq heç nə onun üzündəki qorxunun şəklini silə bilməyəcək. Prezident: - Sən Vətən uğrunda böyük qəhrəmanlıq göstərmisən. Vətən sənə sağ ol deyir. Əvəz dəqiq bilirdi ki, prezidentə həqiqəti deyə bilməyəcək. Qəlbində, içində olan sözləri açıb söyləməyə çəkinəcək. Deyə bilməyəcək ki, son bizə niyə ümid verdin? Sonra niyə bizi tək qoydun? Kəndimizi sən yandırdın, cavanlarımızı güllənin qabağına sən verdin, golinlərimizi, qızlarımızı sən əsir apartdırdm. Şübhəsiz ki, Əvəz bu sözləri dilə almayacaq və yəqin ki, prezidentə təxminən bu cür cavab verəcək: "Cənab pre-zident, sizə təşəkkür edirəm, əməyimi çox yüksək qiymətləndirdiyiniz üçün sağ olun. Mən əminəm ki, bizim güclü ordumuz var və lazım gəlsə, biz bu orduyla tezliklə Quşçular kəndini geri alacağıq".
·
69 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.