Gönderi

220 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Spoyler var!
Açığı sevgi romanlarını, məişət mövzusunda yazılmış əsərləri, romanları oxumağı sevmirəm, amma bu kitab onlardan seçilirdi deyə oxudum. Göz yaşları ilə bitirdiyim kitab oldu. Bu romanda sevgini Fərəhdə gördüm. Çünki o hər şeyə rəğmən Sahibi gözlədi, sevdi və hər şeyə rəğmən onu qəbul etdi ( bir çox "qızın yox, bir çox " insanın " edə bilməyəcəyi şeyi etdi, hətta bəlkədə mənim belə edə bilməyəcəyim). Xəyanət məsələsində isə Sahib nə qədər desəki mənim günahım yoxdur, oyuna düşmüşdüm, amma bunla razılaşmadım, hətta bu hissəni oxuyanda xeyli əsəb keçirdim( evdə valerian qalmadı day, bəlkədə uje şəkərədə tutulmuşam), Sahibdə günahkar idi, ola bilsin belə deyil, ola bilsin qadın olduğum üçün belə düşünürəm, bəlkə də kişi olsa idim və ya Sahibin yerində olsaydım başqa cür düşünərdim. Mən heç Sahibin rus qızı ilə evlənməyinə belə əvvəldə nəsə narazılıq hissi keçirmişdim. Düşünürdüm, geri dönən zaman Fərəhlə evlənər, gözəl ailəsi olardı(Gənclərin yerinə qərar verən böyüklər kimi hiss etdim özümü lap). Amma bir tərəfdən Sahibidə anlayıram, çünki o zaman Fərəhi sevmirdi, sevgi hisslərin Kristina ilə yaşamışdı. Sahibə qarşı nə qədər qəzəbli olsamda, sonradan onu anlamağa çalışırdım, əslində çalışmırdım, bu bi ixtiyar olurdu. Amma mənə görə əsl sevgi obrazı Fərəh idi, elə Fərəh üçün Sahibin dediyi kimi "Və o an mən anladım ki, əsl sevgi insanı bütün çirkinliklərilə birlikdə qəbul etməkdən ibarətmiş..." Amma Kristinanın ölümün oxuyan an istəmsizcə gözlərimnən yaş axdı, dayana bilmədim, çünki ümidli idim ki, sağdı, illər sonra Sahib onla görüşə biləcək, danışa biləcək, amma olmadı. Romanda gedən bütün obrazları anlamağa çalışırdım, hətta erməni qadını belə( haq qazandırmasamda, anlamağa çalışırdım). Əlavə olaraq, müəllif çox gözəl, qəlbə toxunan formada yazmışdı, el sözləri çox işlədilsədə çox sevdim, məncə elə məhz el sözləri idi kitabı səmimi, doğma hiss etdirən. Sahibin qızları ilə görüşünü təşkil edən Ziya, bu hissəni oxuyanda Xoşqədəm xala yadıma düşdü, göz yaşlarım gülüşlə qarışdı, amma sağolsun, yenə 35 ildən sonra qovuşdurdu onları, bu Sahib üçün böyük bir iş idi. Müəllifində dediyi kimi: Çalışaq, heç kimin həyat kitabında mənfi obraz rolunu oynamayaq. Yaxşı olan özümüzü tapana qədər dəyişək. Hətta başqalarının həyat kitabının baş qəhrəmanına çevrilək... Kitab tövsiyyəsi üçün isə Xəzər bəyə təşəkkür edirəm!
Sonsuz
SonsuzƏli Rzazadə · Bakı, Parlaq İmzalar · 201851 okunma
·
206 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.