Gönderi

·
Puan vermedi
Məcnun Leylini sevirdisə niyə sonda onu rədd etdi? Get, get sən həmin Leyli deyilsən.. Çünki Məcnun eşqinin elə bir mərtəbəsinə ucalmışdı ki, sevgisini ilahiləşdirmişdi. Leylini sevə-sevə onsuz yaşamağa o qədər öyrəşmişdi ki, real həyatdakı Leyliyə yox, öz xəyalında yaratdığı Leyliyə aşiq olmağa başlamışdı , bəlkə də, xəyalı ilə hər gün danışırdı, dərdləşirdi. İnsan bəzən qovuşa bilməyəndə xəyalında yaradır o insanı, və xəyalında sevir, onu özü üçün o qədər idealaşdırır ki, realdakı insan heç vaxt o qədər mükəmməl və müqəddəs ola bilməz.. Əgər qovuşsaz bütün o illüziya, ideal eşq , mükəmməl insan təəssüratı dağılıb gedəcək. İnsan bunun baş verəcəyini içdən-içə bilir əslində , bundan qorxduğu üçün də realda qaçır sevdiyi insandan, çünki bilir yaxınlaşsa, o onun təsəvvüründəki ideal insan olmayacaq, ona görə içdən-içə deyirsən ki, get, Leyli, sən o sən deyilsən..
Leyli və Məcnun
Leyli və MəcnunFuzuli · Gənclik,1991 · 01,963 okunma
·
57 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.