Gönderi

Yaşamak
8/10
·210 syf.··
2024 3. kitabı
·
26 günde okudu
·
Okunma: 22 Eylül 2024 17:09
Yaşamak kitabı əslən çinli yazıcı Yu Huanın ən çox sevilən və bir neçə dilə tərcümə olan əsərlərindən biridir. Hekayə Fugui adlı əsilli bir ailədə doğulmuş Xu ailəsinin varisinin uşaq yaşlarının təsviri ilə başlayır. Ailəsindən qalan var-dövlətlə qürurla yeriyən, insanları alçaldan daha sonra isə bütün var-dövləti bir gündə qumarda itirən Fuguinin əsl hekayəsi səfilliyə qədəm qoyduğu an artıq öz acılığı ilə oxucunu sarsıdır. Artıq bütün pulu bitmiş kənddə öz ailəsi ilə tək yaşayan Fuguinin arvadı belə qaynatası tərəfindən gəlib aparılır və təkliyi dadmağa başlayan Fugui azyaşlı qızı ilə əkin işində işləyərək dönəmin çətinlikləri ilə birgə az da olsa pul qazanmağa başlayır. Lakin həyat elə gətirir ki, xəstəliklər nə ondan nə də onun ailəsindən yan keçmir, sırası ilə anasını, oğlunu, yoldaşını və qızını itirir. Artıq yaşamağın onun üçün bir anlamı qalmır. Ailəsindən başqa zənginliyi olmayan Fugui bir-bir öz doğmalarını əlləri ilə torpağa təslim edir. Öz inzivasına çəkilir və öləcəyi günü öz adını verdiyi öküzü ilə birgə gözləyir.
Roman
YaşamakYu Hua · Jaguar Kitap · 202670,2bin okunma
·
28 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.