5/10
·248 syf.··
2024 164. kitabı
·
34 saatte okudu
·
Okunma: 22 Eylül 2024 19:15
Şairə Heyran xanıma həsr olunmuş bu kitabı böyük ümid və gözləntilərlə almışdım. Üz qabığı, adı diqqətimi çəkmişdi. Fəqət gözləntilərimi qarşılamadı. Heç oxumasaydım da olarmış. Deməli, şairə Heyran xanımın həyatı və nakam məhəbbətindən bəhs edir kitab. Mövzu qəşəng idi, ancaq nəqletmə, yazı üslubu çox zəif idi. Cümlələr quru, sadə. Ən təsirli səhnədə belə bəsit ifadələr, sönük cümlələr. Bədiilik, obrazlılıq, poetik ifadələr yox deyəcək qədər idi. Tarixi faktlar verilib əsərdə çox-çox. Bu bir yerə qədər yaxşı olsa da, bir yerdən sonra tarix kitabı kimi sıxır insanı. Hələ bu faktların dialoqlara salınması:D 7 il tarix keçməyimə rəğmən bilmədiyim faktları, əsərdəki kəndli obrazı gününə qədər xronoloji ardıcıllıqla danışırdı. Ki bu da çox süni, yersiz alınıb. Əsərə adını vermiş olan sırğa məsələsi çox qəşəng, hətta əsərin tək seviləcək hissəsi idi. Ancaq yazı tərzi, artıq, yersiz təfərrüatlar bütün hekayəni korlayıb. Çox daha qəşəng yazmaq olardı.
Edebiyat
Tay sırğaMəhbubə Hacıyeva · Ters Press · 071 okunma
·
549 Gösterim
5 Yorum
Lütfen giriş yapınız.
Vəfa Hafiz
Gönderi Sahibi
Hələ şey vardı e, qeyd etməyi unutmuşam. Siçanların yediyi çörəyin qırıntılarını yediyi üçün zəhərlənib ölən qız. Ortada siçan dərmanı filan da yox idi, nə əlaqə zəhərlənmək?😂🤦🏻‍♀️
Təşəkkür edirəm, Vəfam. Öncə çox möhtəşəm alıntı ilə gözlərimi nəmləndirib, sonra o nəmli gözləri nakam qoyduğun üçün😂Almayacağım kitablardan biri daha🙈
Vəfa Hafiz
Gönderi Sahibi
😂❤️
Mənim də diqqətimi çəkirdi, yaxşı ki almamışam:)
Vəfa Hafiz
Gönderi Sahibi
🥲
Vəfa Hafiz
Gönderi Sahibi
7 il orta məktəbdə, 1 semestr universitetdə tarix keçmişəm. Xanlıqlar dövründən tək bildiyim Fətəli xan, Cavad xan, General Sisianov. (İl olaraq heç nə yadımda deyil.) Əsərdə buğda biçən dayı isə xanlıqların yaranmasından tutmuş, xanlarının dəyişdiyi illəri gününə, az qala saatına qədər üyüdüb tökdü.
Məndə də vardı, nə etsəm qaldım belə🥲
Vəfa Hafiz
Gönderi Sahibi
Sat.😄🥲