Gönderi

Puan vermedi·336 syf.··
2024 10. kitabı
Mark Levy-dən oxuduğum 4-cü kitabdır. Hər dəfə yeni bir kitabını alanda tərəddüd edirəm. Düşünürəm ki, bir yazıçının bir neçə kitabını oxuduqdan sonra dəsti-xəttinə bələd olursan, artıq yazdıqlarından kitabın sonunu təxmin edə bilirsən. Amma bu kitab da digərləri kimi çox fərqli idi. Ölümdən sonra həyat varmı? Varsa biz bunu öz bədənimiz və ruhumuzla hiss edəcəyikmi? Ümumiyyətlə özümüzü zamanın ixtiyarına buraxsaq gənc qalarıq? Qocaldıqda eyni bugünkü düşüncələrimizlə yaşaya bilərik? Luk, Coş və Hop, bu əsərin baş qəhrəmanları, insana həyatı cavan bir insan kimi yaşayanda necə dəyərli günlər keçirməli olduğumuzu anladırlar. Və SEVGİ! Sonsuz sevgi hətta həyatda bir çox şeyi dəyişməyə, bəlkə də həyatın özünü dəyişməyə qadirdir! Tövsiyyə edirəm ki, soyuq payız aylarında bu kitabı oxuyasınız. Çünki insanı sakitləşdirir və çətinliklərin öhdəsindən gəlmək üçün stimul verir. Ümumiyyətlə bu yazarın dili və analitik düşüncəsi mənə həmişə maraqlı olmuşdur. Ümid edirəm həzz alacaqsınız. Marc Levy Üfüqün Əks Tərəfi
2024 Okuma Raporları
Üfüqün Əks TərəfiMarc Levy · Qanun Nəşriyyatı · 2018330 okunma
·
75 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.