Son oxuduğum 3 əsərin Çexovdan olduğunu nəzərə aldıqda ondan təsirləndiyim aşikardır. Kiçik həcmli ancaq böyük təsirli əsərləri ən son Zweig-ın novellalarını oxuyarkən hiss etmişdim. Çexov da bu sıralamaya girdi.
Martı əsəri Çexovun deyimiylə: Dört perdelik bir komedi; bolca edebi lakırdı, az aksiyon, seksen kilo kadar da aşk..
Əsər əsasən Treplev adlı teatr səhnəsi yazan, sonra yazıçı olan, lakin həyatdakı mənasını tutmamış olan bir gənc ilə, zatən məşhur olmuş istədiyi kimi yazan hər cür rəğbət görən yazıçıdan bəhs edir. Çexovun anladış tərzi burda oxucuya kompleks gəlir. Çünki istədiyi vaxt istədiyi obrazı yaxşı da göstərə bilir, pis də. Sanki son çıxarışı oxurun özünə vermək, onu bir şeylər haqqında düşündürtmək istəyir. Treplev alışılmış, mənimsənmiş yazılardan yorularaq daima yeni bir şeylər yoxlamaq istəyir. Bunun üçün çabalayır. Ətrafında daima buna dəyər verəcək birilərini axtarır, həyatını mənalı edəcək, ona məqsəd qatacaq bir şeylər, başqasının dəyəri ilə mümkün idi. Burda Treplevi niyəsə bir az da Oğuz Atay -a bənzətdim və kitabın bir iki yerində də bunu qeyd etdim. Məsələn Treplevin "biçimin eskiliğinde ya da yeniliğinde değil iş, yazdığın şeyi hangi biçimde olduğunu düşünmeden yazmanda, çünkü sözler özgürce akmaktadır ruhundan, bunu gitgide daha iyi anlıyorum," kimi cümlələri bir yandan Atayın "fakat kelimeler insana ihanet ediyor, insan kendine ihanet ediyor," sitatlarını xatırladır daima.
Əsər hər nə qədər seksen kilo aşk düşüncəsi ilə düşünülüb, martı adı ilə çıxarılsa da - ki mənə görə adı daha fərqli ola bilərdi - nəticə etibariylə bir yazıçının, bir insanın, yeni şeylər yoxlayıb, Vaqif Mustafazadənin bığıma yox əllərimə baxsınlar deməyi, Oğuz Atayın yazılar yazıb həyata tutuna bilməməsi kimi, yeni şeylər yoxlaması və dəyər görməyərək həyatının məhv olmasına qədər gedib çıxan bir yolu göstərir. Kiçik həcmli, lakin dərin təsirli möhtəşəm bir əsər idi. Xoş mütaliələr..
(Əsəri oxuyarkən işığın sönməsi və sonrasında şam ilə oxumağa davam etməyim də qəribə və fərqli bir nüans idi.)