Gönderi

Kaş ki istədiyi kimi, eyni ruhda nə isə etməyi bacaraydı!
8/10
·295 syf.··
2025 26. kitabı
·
5 günde okudu
·
Okunma: 16 Ağustos 2025 01:36
Stephen KingStephen King -in ilk nəşr olunan romanı olan KerriKerri (1974), həm müəllifin yaradıcılığının başlanğıcı, həm də Amerika qorxu ədəbiyyatında ciddi bir dönüş nöqtəsidir. Maraqlıdır ki, Stephen KingStephen King bu əsəri əvvəlcə yarımçıq saxlayaraq zibil qutusuna atmış, lakin həyat yoldaşı Tabitha King onu davam etməyə ruhlandırmış və nəticədə bu kitab müəllifi dünya miqyasında tanıtmışdır. Mən bu günə qədər Stephen KingStephen King -dən 10 roman oxumuşam və açıq deyim ki, KerriKerri mənə ən çox Stephen KingStephen King -in “ MedyumMedyum ” əsərini xatırlatdı — çünki hər iki romanda psixoloji təcrid, ailədaxili basqı, dini və ruhani qorxu elementləri çox güclü şəkildə birlikdə işlədilir. Hər iki əsərdə də gərginlik bir nöqtədə sakitcə tikilir və sonda partlayıcı şəkildə boşalır. " KerriKerri " sadəcə fövqəltəbii gücləri olan bir yeniyetmə qız haqqındakı dehşət hekayəsi deyil. Əslində bu roman, cəmiyyətdə fərqli olan bir qızın necə təcrid edildiyinin, bioloji yetkinliyə keçidin utanca çevrildiyinin və zorakılığın necə kollektiv şəkildə həyata keçirildiyinin simvoldur. Əsərdə “telekinez” gücü ikincildir; əsas qorxu insanlardır. Stephen KingStephen King burada qadın psixologiyasını həm sosial, həm də dini baxımdan dəhşət dərəcəsində dəqiq təsvir edib. Xüsusilə yeniyetmə qızların öz bədənlərindən utanmaq, eyni zamanda diqqət və şöhrət arzusu ilə alışıb-yanmaq kimi çətin emosiyaları romanda açıq göstərilir. Qızların diqqət çəkmək üçün maskalar taxması, kollektiv zorbalığa qatılması, bəzilərinin yalnız xarici görünüşünə əsaslanaraq “qəbul olunmaq” istəyi, Stephen KingStephen King -in psixoloji təhlil gücünü ortaya qoyur. Bütün roman boyu KerriKerri tez-tez “donuz” kimi iyrənc heyvanlarla əlaqələndirilir. Donuz qanı ilə bağlı səhnə yalnız şokedici deyil, həm də sanki cəmiyyətin, “heyvana çevrilən” fərdi necə alçaldıb qurban verdiyini göstərən bir rituallaşma aktıdır. Tənqidçilər də qeyd edir ki, bu heyvan metaforası kitab boyunca KerriKerri -nin necə qeyri-insani göründüyünü və digərləri tərəfindən insanlıqdan çıxarıldığını ifadə edir. Əsər bununla həm də təcridin yaratdığı “daxili bədheybəti” təsvir edir. “ KerriKerri , cəmiyyətin öz bədheybətini yaratması, sonra onu idarə edə bilməməsi, lakin yenə də əsl canavarın varlığını inkar edərək başqalarını canavar adlandırması haqqındadır.” Stephen KingStephen King -in yazı stilindəki ən böyük güc detallardadır. O, “hər şeyin üzərinə vedrə və vedrə qan tökür”, amma bu gözardı edilə biləcək ucuz şok effekti deyil — onun xarakterləri həm daha rahat, daha çağdaş danışır, həm də daha doğalcı şəkildə öz qorxularını nümayiş etdirməyə başlayır. Necə ki, “ MedyumMedyum ” romanında ailə içi şiddət, alkoqolizm və psixoz qorxunun əsas mənbəyi idi, KerriKerri də də qorxu evin içindədir: Ana obrazı — Margaret White. Margaret White bütün romanın ən şokedici tərəfidir. Onun ağzında xüsusi fanatik terminlər var: Aybaşı = “Lənət suyu” Qadın Döşü = “Kirli yastıqlar” Qadının cismi = “Şeytan yuvası” Cinsi əlaqə = "İlk Günah" Sızanaqlar = "Allahın qadını günahdan qorumaq üçün üzünə vurduğu çəpər" Bu sözlər yalnız qorxunc səsləndirmək üçün yazılmayıb — onlar Margaretin cinsi dəhşət və günah fobiyasının hansı səviyyəyə çatdığını göstərir. O, qadın bədənindən nifrət etdiyi üçün qızını da məhz qadın olduğu üçün cəzalandırır, ayıbdır deyib susdurur. Bu cəza mexanizmi kitab boyunca demək olar ki, fiziki və psixoloji terror səviyyəsindədir. Margaret White obrazı mənim üçün “ MedyumMedyum ”dakı Jack Torrance obrazı qədər qorxulu təsir bağışladı — sadəcə Jack daha çox alkoqol və ruhi gərginlikdən dəli olur, Margaret isə “Tanrı qorxusu” adı altında dəli kimi davranır. Roman struktur olaraq çox maraqlıdır: məktublar, şahid ifadələri, qəzet parçaları ilə kitab montaj üslubunda qurulub. Bu struktur sanki oxucuya deyir: “Bu hadisəni heç kim tam izah edə bilmir. Sən istəsən təhlil elə, amma dəqiq həqiqət yoxdur.” Bu format Stephen KingStephen King -in klassik romanlarından fərqlənir və bir növ "postmodern" üslub cəhdi kimi qiymətləndirilir. Eyni effekt “ MedyumMedyum ” kitabında da bir az mövcuddur, amma KerriKerri də əlavə olaraq bu parçalar romanın ritmini daha sürətli edir və heç darıxmağa imkan vermir. Ədəbi janr olaraq KerriKerri təkcə qorxu deyil, eyni zamanda gotik elementlərə, psixoloji trillerə və hətta sosial tənqid janrına daxildir. Cinsəllik bu romanda əvvəlki Stephen KingStephen King əsərlərinə görə daha çoxdur — bəli, burada həm qadın bədənində bioloji dəyişikliklər açıq göstərilir, həm də ətrafdakıların bu dəyişiklikdən necə iyrəndiyi və qorxduğu göstərilir. Yeri gəlmişkən, bu kitab ABŞ-da bir neçə dəfə “çılpaq dil, dini təhqir və seksual xarakter” səbəbilə kitabxanalardan çıxarılmışdı. Oxuduğum on Stephen KingStephen King romanı içində yenə də ən sevdiyim " MedyumMedyum " və " SadistSadist " olaraq qalır. Amma “ KerriKerri ” bu siyahıda qəti şəkildə dördüncü yeri tutur – çünki həm kinli, həm faciəli, həm də simvolik olaraq məni sarsıdıb. Bu kitabda insan psixologiyası elə işlənib ki, sonda qəribə bir şəkildə KerriKerri üçün həm yazığın gəlir, həm də onun etdiyi qırğını haqlı görürsən. Roman çox qısa olsa da, həm bədii gücü var, həm şok effekti, həm də uzun müddət insan beynində qalan simvolizmi. Oxuduğum digər Stephen KingStephen King romanları içində bu kitab məndə MedyumMedyum qədər qalıcı iz buraxdı. Sadəcə Overlook otelinin yerinə bu dəfə məktəb və fanatik məzarlıq evi var. King yenə göstərir ki, ən böyük Bədheybətlər bəzən fövqəltəbii gücə malik varlıqlar deyil — bəzən onlar bizim anladığımız insanlardır. !!! !!! !!! !!! !!! !!! !!! !!! !!! !!! !!! !!! !!! !!! !!! !!! !!! !!! !!! !!! !!! !!! !!! !!! !!!SPOİLER!!! KerriKerri romanının finalı həm vizual, həm psixoloji baxımdan inanılmaz təsir edicidir. Stephen KingStephen King -in ilk planına görə, KerriKerri -nin orijinal sonu çox daha ekstremal idi: qız iblis kimi boynuzlarını çıxarır və telekinez gücü ilə binlərlə mil uzaqdakı bir təyyarəni məhv edirdi. Bu səhnə yalnız fiziki dağıntı yaratmır, həm də KerriKerri -nin artıq sadəcə qurban olmadığını, cəmiyyətin yaratdığı canavara çevrildiyini göstərirdi. Roman boyunca KerriKerri -nin yaşadığı travmalar və utanca səbəb olan hər detal, finalda simvolik şəkildə öz əksini tapır. Məsələn, Sue Snell-in sonda KerriKerri tərk edəndə aybaşı olması, KerriKerri -nin məktəbdə ilk duş səhnəsini xatırladır. Bu kiçik göndərmə, KerriKerri -nin pubertəyə keçidini və bu anın onun üçün nə qədər travmatik olduğunu bir daha oxucuya göstərir. Eyni zamanda, balo gecəsində suların açılması və suyun hərəkəti də sadəcə təsadüf deyil. Məktəbdə suların işləməməsi, KerriKerri -nin ilk travmatik duş səhnəsi ilə birbaşa əlaqəlidir; bu detal, həm fiziki, həm də simvolik olaraq KerriKerri -nin iç dünyasındakı xaosu göstərir. Su, həm qorxu, həm də qisasın təmsilçisidir. Bu final səhnələri, həm vizual olaraq qorxunc, həm də psixoloji baxımdan dərin təsir yaradır. Orijinal sonun ekstremal variantı və balo ilə duş səhnələri arasındakı bu simvolik bağlantılar, KerriKerri -nin obrazını daha da kompleks və unudulmaz edir. Yusif ƏhmədzadəYusif Əhmədzadə ●●●●●●●●● ●●●●●●●●● KerriKerri Stephen KingStephen King
Kadın
KerriStephen King · Qanun Nəşriyyatı · 20248,2bin okunma
·
5 +1'leme
·
29 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.