Bu balaca kitab insana düşündüyündən qat-qat çox şey öyrədir. Mən əvvəlcə onun filminə — O dünyadan salam — baxmışdım, indi isə kitabını oxuyanda hər sətrin necə dərin mənaya sahib olduğunu bir daha hiss etdim. Kefli İsgəndərin dayanmadan içməsi təsadüfi deyil; o, ətrafında baş verənləri, savadsızlığı və cahilliyi o qədər aydın görür ki, ayıq qalmaq onun üçün demək olar ki, mümkün deyil. Cəlil Məmmədquluzadə bu əsərdə toplumun korluğunu, nadanlığını inanılmaz ustalıqla göstərir. Elə buna görə də bu kitab mütləq oxunmalıdır. ÖlülərCelil Memmedguluzade