Gönderi

Ölənlə ölünmür- təhlil
10/10
·147 syf.··
Beğendi
·
2026 1. kitabı
“Ölənlə ölünmür” — yarımçıq qalan bir etirafın, vaxtsız bitən bir sevginin hekayəsidir. Sürəyya ilə Ayaz bir-birini tapdıqları anda itirirlər. Sevgi dillənən kimi ölüm yol kəsir. Ayaz Sürəyya’nın qollarında can verir və o an qızın gəncliyi də, gülüşü də susur. Bu romanda yas təkcə məzar başında tutulmur. Sürəyya sözlərin, baxışların, “el nə deyər”in altında əzilir. Sevdiyini itirən bir qızın ağlamasına belə icazə verilmir. Qaçır… kənddən yox, ədalətsiz hökmlərdən qaçır. On il boyunca qəlbində bir məzar daşı daşıyır. Xəyanət etmir, unutmağa məcbur etmir özünü. Çünki bəzi sevgilər bitmir, sadəcə səssizləşir. Sonda Sürəyya anlayır: ölənlə ölünmür. Sevilən insan xatirəyə çevrilir, həyat isə davam etmək istəyir. Ayaz qəlbində bir arzu kimi qalır, Vüqar isə səbrin və səssiz sevginin adı olur. Bu roman oxucuya bir cümlə pıçıldayır: bəzən buraxmaq unutmaq deyil, yaşamağa icazə verməkdir. Ölənlə ÖlünmürÖlənlə Ölünmür
Edebiyat
Ölənlə ÖlünmürKölgə · RF Nəşriyyatı · 202527 okunma
··
21 Gösterim
1 Yorum
Son cümlə çox gözlədi axı😍 təşəkkür edirəm
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.