Gönderi

160 syf.
6/10 puan verdi
·
9 günde okudu
Alber Kamyunun "Sizif əsatiri" də İkinci Dünya müharibəsi zamanı, 1942-ci ildə yazılıb. Kamyu həyatın mənası haqqında sualı insan düşüncələrinin ən vacibi hesab edirdi. "İnsan dünyaya niyə gəlib?" sualına cavab axtararkən əvvəlcə öz mühitini dərk etməyə çalışır, mühitindən laqeydlik və soyuqluq gördükdə isə qənaəti bu olur ki, həyatın mənası idrakdan kənardadır, dünya dərkolunmazdır. Buna görə də insan öz ümidlərini yerdən kəsib göyə - Allaha bağlamalı olur. Kamyu bunu insanın "metafizik intiharı" hesab edirdi. Kamyunun təqdim etdiyi "absurd insan" - yəni ömrün fani olduğunu bilə-bilə yaşayan insan yerin-göyün onu vecinə almadığına əmin olandan sonra bütün dəyərlərin mənbəyinin, eləcə də insan taleyinin yeganə hakiminin insanın özü olduğu qənaətinə gəlmiş insandır: insanın həyatına məna verən isə onun yerin və göyün asılılığından qurtarması, azadlığıdır. Azadlığı dərk edən insan, içində mövcud olduğu anda yaşayır və həyatı mövcud anların bir-birinə calanması, bir-birinin ardınca gəlməsi kimi dərk edir. Çünki əbədi görünən gələcəkdə insanı ömrün sərhədi - ölüm gözləyir. Ölümdən sonranı isə hər fəlsəfə bir cür izah edir. "Heç nəyin xatirinə" işləmək və yaratmaq, və bilmək ki, sənin yaratdığının gələcəyi yoxdur, gec ya tez o məhv olacaq və eyni vaxtda da ürəyinin dərinliyində bu yaradıcılığı əsrlərin tikintisindən az əhəmiyyətli saymamaq - budur absurd düşüncənin asan olmayan müdrikliyi..." Sanki şairlərimizdən birinin dediyi kimi, Bir qonağam bu dünyada, Bir gün ömrüm gedər bada... deməyə çalışıb.
Sisifos Söyleni
Sisifos SöyleniAlbert Camus · Can Yayınları · 20158,5bin okunma
·
18 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.