Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Müxtəlif düşüncələrin bir birinə qarışmasından həmişə zəhləm gedərdi. Mən adamların fil yükü altında qalan əzablı simalarının incəsənət əsəri qarşısında dəyişməsinə, sevgiylə dolu yalançı baxışlara, qoyun səadətinə, öz çərçivəsindən heç vaxt çıxa bilməyən yalançı kübarlığa, sevgini görüntüylə əvəzləyən riyakarlığa nifrət edirdim. Mənə elə gəlirdi ki, sevgidə bəzən hisslərə qalib gəlmək, arabir ayrılıqlar yaşamaq lazımdır... Yalnız ayrılıqlar sevginin dəyərini dərk etdirə bilir aşiqlərə... Yeni görüşlərə başlanğıc olan ayrılıqlar... Yalnız ayrılıqlar yaşayanlar bilirlər ki, sevdiyi insanla yenidən görüşmək nə deməkdir. Yerdə qalan hər şey eşqin gücünü və sehrini zəiflədir. Təkliyin üzücü və magik dünyasını nə dəyişə bilər ki? Əgər insanlar vulkan kimi püskürmürsə, əgər tufanlar, qasırğalar, gecə, musiqi buna təsir edə bilmirsə... Və sevgi, eşq, məhəbbət... yaşamırsansa...
Sayfa 196Kitabı okudu
20 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.