Gönderi

Bir səhər yuxudan durub Özünü uşaq görəsən. Görəsən hamı evdədi, Ölənləri sağ görəsən. …Qorxasan qaçıb gedələr, - Tez qapını bağlayasan. Geri dönüb içəridə Bir təzə qonaq görəsən. Görəsən ki, qapqaradı O qonaq başdan ayağa. Ondan başqa hamısının Üst-başını ağ görəsən. Pəncərədən içəriyə Dola, dola gün işığı. İçəridə boş-boşuna Yanan bir çıraq görəsən. Söndürəsən o çırağı - Hamı birdən yoxa çıxa…. Otaqda bir qara qələm, Bir də ağ vərəq görəsən. Ramiz Rövşən
2 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.