Gönderi

272 syf.
9/10 puan verdi
·
4 günde okudu
Baş qəhrəmanımız Dorian olduqca yaraşıqlı, cazibədar, həyat dolu birisidir. Gözəlliyinə görə ona heyran olan, onu sənətinin ilham mənbəyi kimi görən Basil onun portretini çəkər. Portret o qədər möhtəşəm alınar ki, Dorian özü belə portreti qısqanar və deyər ki, “kaş mən qocalmasam da bu portret mənim əvəzimə qocalsa”... Sonralar Dorian bu cümləni dediyinə kimi zaman peşman olacaq, kimi zaman isə yaxşı ki demişəm deyəcək.... Aynaya hər baxdığımızda aynadakı əksimizin üzündəki qırışıqlıqlar,ləkələr, ən cüzi qızartı belə necə də qanımızı qaraldır. Lakin bir dəfə də olsun açıb baxdıqmı qəlbimizə??? Orda nə baş verir deyə?!... Dorian Grayin Portresi bizə tamda bunu öyrədir. Nə qədər gözəl olursansa ol, nə qədər gözəl geyinirsənsə geyin, nə qədər gənc olursansa ol heç birinin fərqi yoxdur. Daxilində gizli tutduğun hər nədisə( əsərdə buna insanın ruhu deyilir) gözlərin mütləq səni ifşa edəcək. Hər birimizin portreti var əslində. Bizim portretlərimiz hər gün qarşılaşdığımız insanların göz bəbəklərindədi. Hər birindədə fərqli cür görünürük. Çünki kimə necə davranırıqsa o bizi o cür görür. Bir dəfə də birini tanımaq üçün yox, özümüzü tanımaq üçün qarşımızdakının göz bəbəklərinə baxaq. Çünki “Gözlər heç vaxt yalan söyləməz”.
Dorian Gray'in Portresi
Dorian Gray'in PortresiOscar Wilde · Türkiye İş Bankası Kültür Yayınları · 202374,5bin okunma
·
29 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.