Gönderi

248 syf.
9/10 puan verdi
·
Beğendi
“Yaşadığım bu həyat öz seçimimdir”. Nəhayət, dəfələrlə izlədiyim və favorit filmim olan “İnto The Wild”ın kitabını – 1990cı ildə hər bir şeyini tərk edib azad həyata üz tutan Chris McCandlessin taleyinin təfərrüatı ilə yazılmış aftobiografik əsəri oxuyub bitirdim. Həmdə qarlı meşə gəzintisində və ya yol boyu avtobusun pəncərəsindən çöldəki mənzərələri izləyərək bu kitabı oxuyub bitirmək böyük zövq verdi mənə. Filmdə ötürülən duyğuların daha qabardılmışını hiss edərək oxuduğum bu kitabın bitməsini, heç istəmirdim. Bəlkə də bu vaxta kimi ən çox cümlələrinin altını xətlədiyim bir kitab oldu və bundan sonra nə qədər çox kitab oxusam belə əminəm ki, bu kitabın yeri hər zaman ayrı olacaq mənimçün. Chris McCandless kimdir? O, 1990cı ildə məzun olduqdan dərhal sonra heç kimə heç bir şey demədən evdən qaçmışdır. Getməmişdən öncə 23000 dollarını OXFAM xeyriyyə fonduna yatırmış, və ən çox sevdiyi ‘Datsun’u ilə yola çıxmışdı. Səyahətə çıxdıqdan bir müüdət sonra öz cibindəki pullarını yandırmış və maşınını da tərk eləmiş Chris 2 il boyunca avara həyatı yaşamış, yollarda müxtəlif insanlarla tanış olmuş, Mexsika sərhədlərinə qədər gedib çıxmış (lakin geri qaytarılmış), hətda müvvəqqəti olaraq bəzi yerlərdə çalışaraq pul qazanmışdı. Lakin ailəsi tərəfindən axtarışda olduğunu təxmin etməsi təəccüblü deyil və buna görə də özünə ləqəb seçmiş, yol boyu tanış olduğu hər kəsə özünü Alexander Supertramp (supersərsəri) kimi təqdim etmişdi. 1992ci ildə Sushana çayını keçərək çıxa biməyəcəyi Alyaska torpaqlarına ayaq basmışdı. Və burada tapmış olduğu xarab 142 nömrəli Fairbanks avtobusunda özünə sığınacaq qurdu, lakin çox keçməmiş yediyi toxumlardan zəhərlənən Chris elə o avtobusda vəfat etmiş və iki həftə sonra 6 nəfərlik bir insan tərəfindən təsadüfən tapılmışdır. Özü də alpinist olan dəfələrlə dağlarda ilişib qalan yazıçı Krakauer Chrisin müəmmalı atdımının arxasındakı səbəbləri bilməsi üçün araşdırmalara başlamış və belə bir kitab ərsəyə gətirmişdir. Onun səyahəti zamanı başına gəlmiş hadisələri kitab halına salmaq üçün yazıçı Chrisin bacısı Carine ilə, valideyləri ilə danışmış, Chrisin son tapılmış gündəliyində yol boyu tanış olduğu adamların adını götürərək onları tapmış və mərhum barəsində onların düşüncələri ilə tanış olmuş və bütün təəssüratları kitabında qeyd etmişdir. Dərslərdən, ailədən, insanlardan, sistemdən bezən Chris (oxuduğu kitabların altını xətlədiyi cümlələrindən nə düşüncədə olduğunu anlamaq olur) bacısı Carine’dən və həyatın özündən bezməmişdi. Hərçənd onun ölümünü bir çox insan intihar adlandırdı və Chrisin qəsdən ölmək üçün belə bir yolculuğa çıxmış başıboş bir gənc olduğunu düşünmüşdülər. Yazıçının bu kitabı yazmaqda məqsədlərindən biri də mənfi düşünənlərə əks arqumentlər gətirərək, Chrisin sevilən biri olduğunu, axmaq olmadığını və əsla intihara cəhd etmədiyini sübut etmək idi. Chrisin son əlyazmasında belə “Xoşbəxtlik paylaşınca gerçəkdir” yazdığını qeyd edir Krakauer. Hətda yol boyu tanış olduğu şəxslərin əksəriyyəti belə Onun barəsində dostcanlı həyatsevər birisi olduğunu vurğulayırdılar. Kitabın ortalarında oxucuların Chrisi daha yaxşı anlamağı üçün yazıçı bir qədər keçmişə və fərqli insanların bənzər həyatlarına flashback edir. 1930cu illərdən bu yana evini eşiyini tərk edib təbiətin qoynuna üz tutan bir neçə insanın həyatlarından gündəliklərindəki yazılardan bəhs edərək bu insanları daha yaxşı anlamağımız üçün şərait yaradır bizə. Hətda Everest zirvəsinə qalxan yazıçının Özü orada dəhşətli problemlərlə qarşılaşmış bir neçə yoldaşını itirmiş və bunla da təbiətin acımasız üzünü öz yaşantılarıı ilə təsvir etməyə çalışır oxucuya.
Yabana Doğru
Yabana DoğruJon Krakauer · Siren Yayınları · 20131,087 okunma
·
41 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.