Gönderi

Ən maraqlı məhkəmə prosesi vəkil Qarabəyin iştirak etdiyi mühakimələr olurmuş. Bakılılar ona «Ayını ağladan Qarabəy» ləqəbi qoymuşdu. O, arıq, ucaboydu, geyimi də adi idi: şalvar, arxalıq, üstündən nazik toqqa -təkbənd, çuxa, başında karton üstə mahud çəkilmiş drabi, ya da ki, adi buxara dərisindən papaq olardı. Qıvrım saçları üz-gözünə tökülərdi. Ağıllı gözləri vardı. Olduqca sakit, xoşrəftar... Yumorla danışardı. Tiflisin və Bakının vəkilləri biləndə ki, tərəf müqabilləri Qarabəy olacaq, həmin işdən boyun qaçırardılar. Bütün dövlət qanunlarını, maddələrini bir-bir, senat qərarlarını, nazirlər sovetinin, ədliyyə nazirliyinin, prokurorluğun, müqəddəs senod prokurorluğunun hökm, təklif və sərəncamlarının il və ayını, nömrələrini əzbərdən bilirdi.
·
14 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.