Gönderi

BİZİ VƏTƏN ÇAĞIRIR! İndi bizim ölümlə, Çarpışan çağımızdı. Ölümün boğazından, Yapışan çağımızdı. Ölümlə tərcümansız Danışan çağımızdı. Qılınc qap, Vətən oğlu, Bizi Vətən çağırır! Bu, ölüm - qan yoludur, Ölümdən, qandan keçir. Bir qolu da qıvrılıb Azərbacyandan keçir. Dövran bizdən bacalır, Şöhrət bizdən yan keçir. Qılınc qap, Vətən oğlu, Bizi Vətən çağırır! Bu yolda əyilənə: "Ölüm haqdı", - deyirik. Əbədi məzarımız Bu torpaqdı, deyirik. Vətən göyü dəyişməz Göy bayraqdı, deyirik. Qılınc qap, Vətən oğlu, Bizi Vətən çağırır! Bu, səhra məhkəməsi, Bu, onun qərarıdı: "Bircə addım arxada Son ümid divandı!" Bu yurdda yaşamağa Haqqı yox, - fəraridi!" Qılınc qap, Vətən oğlu, Bizi Vətən çağırır! Gücünə qəzəbini, Zəhmini də qata bil, Düşmənin marığında Pələng kimi yata bil. Bu dağları baba bil, Bu daşları ata bil! Qılınc qap, Vətən oğlu, Bizi Vətən çağırır! Bizi Vətən çağırır!!!
··
16 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.