Gönderi

-Quzum , yavrum ! Adın nədir? -Gülbahar. Pəki, sənin anan , baban varmı? -Var. Nasıl, zənginmidir baban? -Əvət, zəngin bəyzadə... -Öylə isə , geydiyin geyim niçin böylə sadə? Yoqmu sənin incilərin ,altın biləziklərin ? Söylə, yavrum ! Hiç sıqılma... -Var əfəndim , var... lakin Müəlliməm hər gün söylər , onların yoq qiyməti . Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti. -Pək doğru söz... Bu dünyada sənin ən çoq sevdiyin Kimdir, quzum, söylərmisin ? -Ən çoq sevdiyim ilkin O Allah ki , yeri-göyü , insanları xəlq eylər. -Sonra kimlər? -Sonra onun göndərdiyi elçilər. -Başqa sevdiklərin nasıl, yoqmu ? -Var... -Kimdir onlar? Anam , babam , müəlliməm, bir də bütün insanlar...
·
2 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.