Gülçin Muradova

Gülçin Muradova
@gulcin_muradova
Əsəbləşsəmdə bəyəndiyim bir kitab oldu.
Puan vermedi·160 syf.··
2025 26. kitabı
·
3 saatte okudu
·
Okunma: 17 Aralık 2025 23:50
Kitabı oxuduqca istər istəməz əsəbləşirdim həm Səriyyəyə həm Adilə . Adil tərəfdən də baxmaq istəyirdim olanlara amma heç birinə haqq verə bilmədim. Adilin çox davranışı biraz narsistlik idi sanki özləri üçün edirmiş kimi davranırdı amma əslində belə deyildi hər şey cəmiyyətin gözündə yaxşı görünmək üçün idi.Səriyyə isə tamamən fərqli düşünürdü Adilin işini bu qədər sevməsi ona niyə belə təsir edirdi anlamıram .Bəzi davranışları çox uşaqca idi onuda yaşına verirəm. Səriyyə Bütün dünya bunun ətrafında fırlanır , hər istədiyini eləməkdə haqqı varmış kimi hərəkət edirdi. Təbii ki, yaralı birinə kömək etməkdə haqlı idi amma sonrasına haqq qazandıra bilmirəm. Köhnə düşüncə kimi gəlsədə əgər istiyərək biri ilə həyatını birləşdirisənsə bununda bir qayda qanunu olmalıdır . Bəzi qərarları qəbul edərkən Səriyyə bunları azadlıq olaraq görür amma məncə bu azadlıq deyil. Fikirlərimi biraz dağınıq ifadə eləmiş ola bilərəm. Kitabı bəyəndim yenə də.
1000k
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0750 okunma
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
7/10
·312 syf.··
2022 18. kitabı
·
4 günde okudu
·
Okunma: 17 Kasım 2022 20:02
Kitabda qəza nəticəsində adaya düşən 6 ilə 12 yaş aralığında bir qrup oğlan uşağının həyatda qalmasından danışılır. Kitab sadəcə uşaqlar üçün deyil həmçinin böyüklər üçün də yazılmışdır. Yazıçı bizə uşaq olmalarına baxmayaraq həyatda qalmaq üçün və güc sahibi olmaq üçün onların nələr edə biləcəyini , insan evladının nə qədər pis qəlbli ola biləcəyini göstərir. Onlar soyuq qanlılıqla bir- birlərini öldürür və hətta bunu haqlı çıxardırdılar. Uşaq belə olsalar onlar artıq öz məsumiyyətlərini itirmişlər.Düzdü bu sadəcə distopik bir əsərdi amma yenə də insanların şəxsiyyət kimi formalaşmasında uşaqlıqdan gələn bəzi xüsusiyyətləri, yaşadığı yaxşı və pis hadisələri, cəmiyyətin təsirini də nəzərə almaq lazımdı. Oxuduğum düşündürücü kitablardan biri idi.
Edebiyat
Milçəklər TanrısıWilliam Golding · Qanun Nəşriyyatı · 201797,5bin okunma
Puan vermedi·128 syf.··
2022 1. kitabı
·
3 saatte okudu
·
Okunma: 26 Ocak 2022 23:55
Komiksdəki rəsmlər ,təsvir olunan qeyri-adi heyvan və bitkilər çox xoşuma gəldi. Karandaşla çəkilməsi və 4 ilə ərsəyə gəlməsi daha da möhtəşəmdir. Sözlər olmadan bir qürbətçinin həyatı təsvir olunub komiksdə . Sözlər olmasa belə onun nə hiss etdiyi ,hansı ruh halında olduğu rəsmlərdə çox yaxşı təsvir edilib. Komiksdə olan müharibə səhnələrində çox yaxşı təsvir olunmuşdu. Beyninizdə səslənən dialoqlarla istədiyiniz kimi hekayənin sözlərini yaza bilərsiniz. Xoş mütaliəyələr!
1000Kitap
UzakShaun Tan · Desen Yayınları · 2014253 okunma
7/10
·824 syf.··
2020 11. kitabı
·
16 günde okudu
·
Okunma: 08 Nisan 2020 23:23
Kitab çox çox çox mükəmməl idi oxuduqca insanların insanları , insanlığı necə məhv edişini aclığı ,hissizləşməni , ölümü və bu qədər müsibətin içində çox kiçik inanlıq duğusu iki insan bir birinə sevgi ilə bağlanıb həyata tutunmasını, keçdikləri o qanlı yolları amma buna baxmayaraq bir birlərinə tutunmağını oxuyuruq . O dövrdə olanları nəinki düşünmək həttda hiss etmək belə çox çətindi kitabın məndə açdığı iz çox böyükdü :( İnsanlıkdan çıkmamak için ikinci bir insana ihtiyacımız var. Bronz Atlı
Edebiyat
Bronz AtlıPaullina Simons · Pegasus Yayınları · 20161,560 okunma