Bir qadını qorxutmaq,incitmək asandı. Əsəbləşməklə, qışqırmaqla, vurmaqla. Lakin xoşbəxt etmək sevindirmək, hər kişinin bacardığı İş deyil. Qadının əllərini tutmaq lazımdı,saçlarını oxşamaq lazımdı,gözlərinə uzun-uzun baxmaq lazımdı sevgiylə,sarılmaq,qolu qanadı olmaq lazımdır. Kişi sevdiyi qadını qoruyar,sahiblənər,ruhunu bağışlayar ona. Ona güldən ağır söz deyilməsinə imkan verməz. Bir zamanlar canım deyib, sonralar arxasınca canina söyməz. Hər nə yaşanıbsa hər birini əziz bilər.Kişi sevdiyi qadın üçün dünyalar dağıtmaz,əksinə dünyaları ona bağışlayar. Çünki dağıtdığın dünyanın içində,sevdiyin qadın da var. Ona özəl olmayan günlərdə də hədiyyələr almalıdır.Söhbət pulla alınan hədiyyədən getmir yalnızca. Məsələn hər gün sevgini daha da çox hiss etdirə bilərsən.Bu onsuzda qadın üçün bir hədiyyədir. Bir qadın sənin üçün ağlayırsa,o gözlərin qədrini bil. Heç bu vaxta qədər sevginin nə olduğunu bilmirsənmiş sən demə. Və sənə sevgi öyrədən insanı əsla və əsla tərk etmə.