Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Kitabı oxudum və ümumi fikirlərim belədir: Həyatdan əlini üzmüş bir adamın, anası öldükdən sonra həyata necə duyğusuz yanaşdığı müəllif tərəfindən çox gözəl qələmə alınıb. Kitabda ən sevmədiyim hissələr isə qaya, günəş və göy üzü kimi uzun təsvirlər idi.Məni çox yorurdu.
Marie ilə olan münasibəti isə heç xoşuma gəlmədi. Marieni bu cür təsvir etməsi və ona sadəcə əyləncə kimi yanaşması mənə doğru gəlmədi. Halbuki Marie onunla evlənmək istəyirdi.
Salamanonun itini döyməsi məni çox pis etmişdi. Amma it itib gedəndə otağında ağlaması göstərdi ki, insan bəzi şeylərin dəyərini onları itirdikdən sonra anlayır. Duyğusuzluğu, anasının ölümünə ağlamaması və öz həyatına davam etməsi pis təsir etdi... Dostu Raymondun ucbatından da başına bütün bunlar gəldi.
Son cümlələrdə isə anasının həyatının sonunda yenidən xoşbəxtlik tapması və belə olan halda heç kimin onun arxasından ağlamağa haqqı olmadığını deməsi niyə belə davrandığını açıqlayır. Həqiqətən pis oldum ona. Kaş ki, edam olunmasaydı. Sonu bir az yarımçıq kimi qaldı.
Kitabda deyildiyi kimi: “İnsan, bilmədiyi şeylər üzərində həmişə olmadıq düşüncələrə varır.”
YabancıAlbert Camus · Can Yayınları · 2025137,4bin okunma