Ümid insanın boğazına bağlanan sonsuz ip kimidir. İnsan bu ipin onu sürükləməsinə könüllü razı olur. Çünki bu, insanı həyata yaşamağa bağlayan böyük bir qüvvədir. İllərdir süfrəyə qoyduğum artıq boşqablar, ütüləyib hazır saxladığım paltarlar, tozunu aldığım ayaqqabılar mənim də ümidim idi. Bəraətlə birliktə bizə verilən ölüm kağızı bütün ümidlərimi saman qalağı kimi saniyəıər içində odladı.