Halil

Halil
@halil410
Məni candan usandırdı
Məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan. Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı? Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən Desəm, ol bivəfa bilməm, inanarmı, inanmazmı? Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı? Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su, Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı? Degildim mən sənə mail, sən etdin əqlimi zail, Mənə tən eyləyən qafil səni görcək utanmazmı? Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır, Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı? Fuzuli
Şiir
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Anam öldümü?
Nə tez əllərini üzdün dünyadan, Balanı tək qoyub hara getdin sən? Necə yox olurmuş bir anda insan, Elə bil dünyada heç yox imişsən. Günəş qürub etdi... otaq qaraldı, Bir anda yox oldun sən xəyal kimi. İndi düşünürəm: Səndən nə qaldı, Könlümdə xatirən qara xal kimi. Məni boya-başa yetirdin, ana Bizə borclu bildik hər zaman səni. Sən məni dünyaya gətirdin, ana, Mənsə yola saldım dünyadan səni. Sən mənə beşikdə laylay çalmısan Bu gün laylay çalım sənə məndəmi? Sənin şirin-şirin laylalarını Mən sənə qaytarım cənazəndəmi? "Yuxun şirin olsun" - deyərdin mənə, "Yuxun şirin olsun" - deyimmi sənə? Gərək mən başına dönəm-dolanam, Məni həyat üçün yatıran anam, Söylə ölümçün Necə yatırım Səni mən bu gün? Bu necə dünyadır, anlamıram mən, Cilvəsi cürbəcür, rəngi cürbəcür
Şiir
Ürək
Sən onun eşqilə, məhəbbətilə Vurmadın ömrünü başa, ürəyim. Sevgi hədəfinə nişan alanda Dəydimi oxların daşa, ürəyim?! Sevgi dəryasında ruhum bir ada, Fırtınam ziyada, dalğam ziyada, O ellər gözəli düşəndə yada, Az qalır xəyalım çaşa, ürəyim! Sən canı canandan ayrı tutmadın, Odur ki, vəfasız deyildir adın. O, səni unutdu, sən unutmadın, Yaşa, məhəbbətim, yaşa, ürəyim! Mikayıl Müşfiq
Şiir
Bir salama dəymədi
Heç üzümə baxmadan yanımdan necə keçdin? Sən eşqin salamını qorxuyamı dəyişdin? Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun? O qədər yaxın ikən, bu qədər uzaq oldun. Şirin gülüşlərimiz, acı fəğanlarımız Bir salama dəymədi? Qayğılı anlarımız, qayğısız anlarımız Bir salama dəymədi? -------------------- Getdin, dalınca baxdım, can ayrıldı canımdan, Sən necə etinasız ötə bildin yanımdan, Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm, Sənin qəlbin əsmədi. Geriyə də baxmadın! Niyə sənin yolunu məhəbbətin kəsmədi?... Qazancımız de, bumu? Deyilməmiş o salam əlvidamız oldumu? Sən mənə zülm eylədin, mənə zülm yaraşır. Bir salama dəyməyən eşqə ölüm yaraşır. Bahtiyar Vahapzade
Şiir
Hürriyet Kasidesi
Vatan bir bî-vefâ nâzende-i tannâze dönmüş kim Ayırmaz sâdıkân-ı aşkını âlâm-ı gurbetden Namık Kemal
Şiir