Külək hayandan əsdi, ay gülüm ?
Gözlərim yollarda qaldı ,ay gülüm !
Nə olardı qəflətən yox olmasaydın,
Pünhan olmağa məgər dəydi, ay gülüm?
Xəlvət yolların zülmət qaranlıq
Yadıma daha çox düşürsən artıq
Yalandan da olsa gülərək baxıb,
Xoş gedişinə məgər dəydi, ay gülüm?
Keçdiyin yerləri talan etmişəm
Taqətdən inan ki yaman düşmüşəm
Xoşuna mən sənin biləm getmişəm,
Qarşına çıxmağa dəyməz ,ay gülüm?
Qəzəblə baxıram özüm özümə
Yoxdur məndə maraq özgə sözünə
Məcnuntək düşsəm çölün düzünə,
Qəlbini almağa dəyər, ay gülüm?
#halil