Bizdən uzaqlaşmadıqca gözümüzə görünməyən sağlamlıq vərdişin verdiyi etinasızlıqla sağlam insanların şüurundan qaçıb necə və harada gizlənir? Onu mən görürəm, çünki məndən uzaqdadır. Onu mən Mithat bəyin qırmızı üzündə, polad kimi damarlarında, dostumun oturarkən rahatca dartınmasında, ayaqlarını uzatmasında, qorxusuz baxan gözlərində görürəm.
Bəzən insanın verdiyi qərarların əsl səbəbi onun özünə belə gizli qalır. Bəzən insan bir qərar verir, ancaq onu icra etməkdə aciz olur. Bəzən insan, əslində, istəmədiyi bir şeyi istədiyini zənn edir. Bəzən isə ayrılıq və tək qalmaq qorxusundan dəyər verdiyi işlərdən, həyat prinsiplərindən belə əl çəkməyə hazır olur.
Həqiqəti axtarın, o da sizi axtarar. Yalan həqiqətin üstünə Çin səddi kimi qalın divarlar hörsə də, divarın altında qalan həqiqət zəif inilti ilə, xəfif meh dalğası ilə, hansısa xırda bir nişanə ilə öz mövcudluğunu bildirər, "Buradayam!" deyər.