Sibel Hasanli

Sibel Hasanli
@hasanlisibel
Philology / MBA
BDU, BMU
Azərbaycan
Baku
17 okur puanı
Şubat 2021 tarihinde katıldı
8/10
·504 syf.··
2025 1. kitabı
·
7 günde okudu
·
Okunma: 26 Ocak 2025 21:02
Xalid Hüseyninin “Və Dağlardan Səda Gəldi” əsəri onun qələmindən oxuduğum 3-cü əsəri idi. Bu roman insan münasibətləri, ailə bağları, sevgi, fədakarlıq və günahkarlıq mövzularını üzərində qurulub. Roman Əfqanıstanda, 1950-ci illərdə başlayır və zamanla müxtəlif ölkələrə və onilliklərə yayılır. Əsas süjet xətti bacı-qardaş olan Pərvanə və Abdullanın uşaqlığında baş verən bir ayrılıq üzərində qurulub. Onların bir-birindən ayrılması, hər iki personajın və onların ətrafındakı insanların həyatında dərin izlər buraxır. Roman, xronoloji ardıcıllıqdan uzaqdır; hər bir fəsil fərqli bir personajın baxış bucağından yazılıb və fərqli hekayələri əhatə edir. Bu, əsərin mozaik quruluşunu yaradır və hadisələrin necə bir-birinə bağlı olduğunu göstərir. “Və Dağlardan Səda Gəldi” romanı insan həyatının mürəkkəbliyini, sevgi və itki hissini çox ustalıqla təsvir edir. Əsər, həyatdakı qərarların və münasibətlərin necə təsirli ola biləcəyini göstərir. Bu roman mənim üçün dərin iz buraxan əsərlərdən oldu. Abdullah və Pərvanənin hekayəsi, ailə bağlarının gücü və ayrılığın gətirdiyi ağrı məni dərindən təsirləndirdi. Əsərin insan duyğularını bu qədər real təsvir etməsi mənə öz seçimlərim və münasibətlərim barədə düşündürdü. Bu romanı çox bəyəndim və onun təsiri uzun müddət yaddaşımda qalacaq.
Edebiyat
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201341,9bin okunma