Təkcə gücsüzlüyündən
yıxılmır, atam balası
Arabir gücündən yıxılır adam.
Başını dik tutub gəzdiyi yerdə
içindən yıxılır adam.
İllər boyu neçə dərdə
dözüb dayanır,
Qəfil sevincindən yıxılır adam.
Ramiz Rövşən
Sən yarımın qasidisən,
Əyləş, sənə çay demişəm.
Xəyalını göndəribdi,
Bəs ki, mən ah-vay demişəm
Ax! Gecələr yatmamışam,
Mən sənə lay-lay demişəm.
Sən yatalı, mən gözümə
Ulduzları say demişəm.
Məhəmməd Hüseyn Şəhriyar