10/10
·320 syf.··
2026 58. kitabı
·
10 günde okudu
·
Okunma: 30 Mayıs 2026 14:10
Tarixin izlerini dasiyan şah eserdir Semerqend ! Oxuyarken sizi zamanin diliminde 11ci yuzilliye aparacaq ,tarixde öz izini qoymuş mühüm şexsiyyetler olan 3 dost Omer Xeyyam ,Nizamúlmúlk ve Hesen Sabbahin dostluğundan ,apardiqlari siyasetden,Səlcuq dövlətini, İsfahanı,Səmərqəndi,İran və Orta Asiyanı,elm, fəlsəfə və siyasi mübarizələri təsvir edecek o kitabdir Semerqend Men ise Alamutun davami olaraq oxudum bu kitabi. Semerqend 4 hisseden ibaretdir, 1ci hisse Omer Xeyyamin heyat ve yaradiciliğindan behs edir(Hadisələr XI əsr İran və Orta Asiyasında baş verir. Əsas qəhrəman məşhur şair, alim və filosof Ömər Xəyyamdır.)Kitabda onun: həyatından, elmə və dinə baxışından,sevgi münasibətlərindən, məşhur "Rübailər"inin yaranmasından bəhs edilir. Burada həmçinin dövrün iki mühüm tarixi şəxsiyyəti olan: Nizamülmülk Həsən Sabbah ilə münasibətləri göstərilir. Bu üç şəxs eyni dövrdə fərqli düşüncə yollarını təmsil edir: Xəyyam — ağıl və azad düşüncə, Nizamülmülk — dövlət və nizam, Həsən Sabbah — ideologiya və fanatizm. 2ci hisse Hesen Sabbahin yaratdigi saxta cennet Xaşxaşilerden 3cu hisse Ómer Xeyyamin elyazmasinin taleyinden (Amerikalı Benjamin Lesage adlı qəhrəman Ömər Xəyyamın itmiş orijinal "Rübailər" əlyazmasını axtarmağa başlayır. Onun axtarışları İran inqilabı dövründən keçərək sonda məşhur RMS Titanic gəmisinə qədər uzanır. Əlyazmanın taleyi insan taleləri ilə iç-içə keçir və tarix, sevgi, itki və zaman mövzuları birləşir.) 4cu hisse 19-cu esrde Benjaminin iranda oldugu muddetde burada geden siyasi çekişmeler, intriqalar ,muharibeler ,Benjaminin iranli xanimla esq macerasi,Ómer Xeyyamin elyazmasini qorumasindan behs edir Kitab sizi heqiqeten keçmise aparacaq ve yaddaşinizda inanilmaz iz qoyacaq bir eserdir ,2ci defe oxumaga deyer kitabdir bele bir eser ucun Amin Maaloufu
SemerkantAmin Maalouf · Yapı Kredi Yayınları · 202574,9bin okunma
9/10
·80 syf.··
2026 53. kitabı
·
34 saatte okudu
·
Okunma: 14 Mayıs 2026 23:04
P.Stratern bu kitabda fransiz filosof ,rizaziyyatçi ve elm adami Rene Dekartin heyat ve felsefesini xulase formada oxucuya çatdirir Aristo Sokrat Platondan sonra esler boyunca sönmüş felsefe xvı yüzillikde Dekarla yeniden canlanmağa başlayir.Dekart modern fəlsəfənin qurucusu sayılır. O həm də cəbr və həndəsəni birləşdirən analtik həndəsənin ixtiraçısıdır ki, bununla həndəsi məsələlərin cəbri həlli mümkün olmuşdur. Fəlsəfəni dinin və siyasətin təsirindən qurtarmağa çalışmış önəmli bir filosofdur Əsas əsərləri “Metod haqqında mühakimə”,” Metafizik düşüncələr” və “Fəlsəfənin prinsipləri” əsərlərini göstərmək olar. Dekart eyni zamanda həm yeni, həm də köhnə dövrün nümayəndəsi hesab olunur.Bir tərəfdən o, fəlsəfəni yeni, etibarlı təməllər üzərinə oturtmağa çalışır.Digər tərəfdən isə o, sxolastik ənənəyə sıx bağlıdır, bu da onun Tanrının mövcudluğu ilə bağlı irəli sürdüyü arqumentasiyaları ilə təsdiq olunur Paul Strathern ağır fəlsəfi dili çox sadələşdirərək yazır. Ona görə bu kitab fəlsəfəyə yeni başlayanlar üçün çox uyğundur. Oxuyarkən həm Descartesin həyatını öyrənirsən, həm də onun ideyalarının bugünkü dünyaya necə təsir etdiyini anlayırsan.90 Dakikada Descartes kitabı, filosof René Descartesın həyatını və düşüncələrini sadə, qısa və axıcı şəkildə izah edən fəlsəfə kitabıdır.
90 Dakikada DescartesPaul Strathern · Gendaş Kültür Sanat Yayıncılık · 1998151 okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
10/10
·192 syf.··
2026 41. kitabı
Bir neçə gün önce artiq bu kitabi turk diline tercumeden oxumuşdum "Kendime Düşünceler" Avrelini çox sevdiyim uçun ve kitabin tercumesinide yeni aldiğim uçun yeniden oxudum Stoizm felsefesinin en mehsur numayendelerinden biri olan eyni zamanda filosof olan ve Roma imperatoru olan Mark Avreli 121-ci ildə doğulub, 180-ci ildə vəfat edib Tarixdə “filosof imperator” kimi tanınır O, həm dövlət idarə edib, həm də həyatın çətinlikləri içində özünü psixoloji olaraq gücləndirməyə çalışıb. Kitabin tarixceside olduqca maraqlidir beleki ,bu kitab rahat kabinetdə yox,stress, savaş və ölüm təhlükəsi içində yazılıb.Avreli bu kitabi (Germen qebilelerine qarşi doyuşde xüsusilə Almaniya və Dunay sərhədlərindəki hərbi yürüşlərdə )çadırda, döyüş şəraitində yazib Kitabin psixoloji ,felsefi movzusu ise olduqca zengin ve genişdir ve stoizm felsefesine esaslanir . Marcus deyir: Sən baş verənləri idarə edə bilməzsən Amma reaksiyanı idarə edə bilərsənBu, stoik fəlsəfənin əsas prinsipidir. Ağrı həyatın bir hissəsidir Ondan qaçmaq yox, qəbul etmək lazımdır Güclü insan sakit qalmağı bacaran insandır Heyat fanidir Ölüm təbiidir Ondan qorxmaq lazım deyil Əsas məsələ düzgün yaşamaqdır Başqalarının davranışı səni idarə etməməlidir Hər şey keçicidir Sakit qalmaq gücdür Düşüncəni dəyiş — həyatın dəyişər Özünü idarə et — dünyanı yox
MeditasiyaMarcus Aurelius · Qanun Nəşriyyatı · 202428,1bin okunma
7/10
·273 syf.··
2026 40. kitabı
·
3 günde okudu
·
Okunma: 27 Nisan 2026 23:17
Dünyaca məhşur eksiztensial psixoterapeft İ.Yalomum yazdigi bu kitabda ferqli insanlar onlarin mubarizesi ve ferqli heyat hekayeleri ile taniş olursuz Bu kitab Yalomun qebulunda iştirak etmiş pasientlərin ferqli seanslarindan ibaretdir Kitab Ölum qorxusu ile ùz -úzə qalmiş,heyatin hansisa bir merhələsində aldigi psixoloji travmadan sonra ozunu tapa bilmeyen şəxslərlə aparilan seanslardan ibaretdir Bu hekayelerdeki pasientler ölüm qorxusu,sevdiklərini itirmek qorxusu,yaşlanma,mehdudlaşan imkanlar,seçim ,tecrid olunma ve başqa bu kimi qorxularla užlesmek ve onlari aşmaq ucun terapiyaya muraciet edenlerdir Kitabda əsas toxunulan mövzular Ölüm qorxusu və həyatın faniliyi,peşmanlıqlar və yarımçıq qalan arzular, tənhalıq və münasibətlər,həyatın mənasını tapmaq,İndiki anda yaşamaq,keçmişə və ya gələcəyə yox, bu günə fokuslanmaqdir
Birgünlük VarlıqlarIrvin D. Yalom · Parlaq İmzalar Nəşriyyat · 201816,3bin okunma
9/10
·183 syf.··
2026 6. kitabı
Kitab 2 hisseden ibaretdir , 1ci hissede siz Psixoanaliz elminin yaradicisi hemçininde nevroloqist olan yazarin tamam başqa bir yönünü görürsüz ,burada Siqmundun esl sever aşiq yani ile taniş olursuz onun son derece semimi,tebii ve bedii hisslerle qeleme aldiği sevgi mektublarini oxuyursuz çoxluq hisseni Siqmundun sevgilisine (heyat yoldaşina) yazdiği mektublar tekşil edir hansiki yazarin oğlu onun vefatindan sonra bu mektublari toplu hala getirmiş ve kitab şeklinde çap etdirmişdir.Əger siz romantik janrda oxumaği seven birisinizse inaninki 1 ci hisse size esl bedii eser oxuyurmuş kimi tesir bağişlayacaq . 2ci en maraqli ve en beyendiyim hisse ise kitabin aforizmler teşkil etdiyi hardasa 30-35 sehifesidirki her bir kelimesi ,herbir cumlesi adeten bir xezine ,qizildan deyerli sozlerdir.Men sirf bu hisse uçun kitabi 10 uzerinden 9 balla qiymetlendirirem ve mutleq bu kitabi oxumaği sizlere meslehet gorurem
Sevgi MəktublarıSigmund Freud · Qanun Nəşriyyatı · 2014107 okunma
9/10
·54 syf.··
2026 14. kitabı
·
29 saatte okudu
·
Okunma: 26 Ocak 2026 19:36
P.Straternin bu kitablarini heyatimin butun dönemlerinde tekrar- tekrar oxuyacam "90 deqiqedde felsefe" seriyasi, dünyanin en böyük mütefekkirldrinin qisa, lakin etibarli şerhlerini özünde cemleşdirir. Felsefi düşünceni eylenceli ve elçatan bir şekilde açiqlayaraq, onu demek olar ki, hami üçün başa düşúlen ve maragli hala getirir.Bu kitabda ise dahi mutefekkir Aristotelin heyat ve yaradiciligi ,felsefi,yaşami ,köç etmesi ,Makedoniyali Isgenderin müellimi olmasi,evlilik heyati ,mekteb açmasi,Aristotelin məntiq anlayışı (sillogizm),Etika: xoşbəxtlik (eudaimonia), orta yol prinsipi,Metafizika: varlıq nədir?,Siyasət: dövlət, cəmiyyət, insanın sosial varlıq olması,Elm və təbiət fəlsəfəsi,Platonla fikir ayrılıqları çox anlaşilan terzde qeyd edilib. Əger sen Aristoteli ilk defe oxiyursansa bu kitab ideal seçimdir
90 Dəqiqədə AristotelPaul Strathern · Bakı Fəlsəfə Akademiyası · 2021172 okunma